Səth quruluşu. Ölkə ərazisində 3 təbii zona : Dekan yaylası, Hind-Qanq ovalığı, Himalay silsiləsi. Ölkənin şimalında Himalay silsiləsi uzanır. Qərbi Himalayda Kəşmir vadisi. Yüksək olması, dik yamacları, soyuq iqlimi Himalayın istifadəsiz qalmasına səbəb olub. 4000-5000 m dağ keçidləri vardır. Himalayın yamaclarında hələ müstəmləkə dövründə 2000-3000 metrdə şose və dəmir yolları çəkilmiş, “yay şəhərləri” salınmışdı.
Himalayın ətəyində 2 min km uzunluğunda çaylarla parçalanmış, bataqlaşmış qurşaq uzanır- florasına görə Hindistan cəngəllikləridir. Hind-Qanq ovalığı 2 hissədən ibarətdir: Şərqdə Qanq və Brahmaputra vadilərinin rütubətli tropik zonası və Qərbdə quraq Tar səhrası. Düzənliklərdən cənubda Dekan yaylası- Şərqi və Qərbi Qat dağları ilə əhatə olunmuşdur və Hindistan yarımadasını tam tutur. Yaylada orta hündürlük 1000 metrdir. Cənub-şərq istiqamətində maili olduğundan çaylar bu istiqamətdə axır. Şimalda Narbadı və Tanti çaylarının axdığı əyalətlərdə meşələrlə örtülü dağlar ucalır. İntensiv becərilən və əhalisi sıx olan Narbadı çayı vadisi daha cəlbedicidir. Şərqi Qat dağları ilə Benqal körfəzi arasında Koromandel sahili düzənliyi uzanır. Şərqi və Qərbi Qat dağları yarımadanın cənubunda qovuşur və meşəli yüksəklik yaradır. Ölkənin ən hündür nöqtəsi Kançencanqa zirvəsidir, ən alçaq nöqtəsi isə Hind okeanı sahilindədir (0 m).
Dostları ilə paylaş: |