Sənaye. Ölkədə ən inkişaf etmiş sahələrdən biri hasilat sənayesidir. Məliklik neftlə zəngindir. Neft ehtiyatları dünya neft ehtiyatının 26%-i onun keyfiyyəti də yüksəkdir. İllik hasilat 393,2 mln. tondur. İri neft yataqları Havar və Abkayk. Tərkibcə çox yüngül olan neft Barri və Şüayba yataqlarından hasil edilir. Neft sektoru ÜDM-un, ixracatın 62%-ni təşkil edir. Bu sərvət milli gəlirin 75%-ni yaradır.
Dünya təbii qaz ehtiyatlarının 6%. İllik təbii qaz hasilatı 73 mlrd. kub. m-dir.Ölkənin enerji istehlakı strukturunda qazın payı 40%-i ötmüşdür. Ölkədə kömür, sink, boksit, mis, qızıl, gümüş, fosfor, uran, daş, duz və barium kimi maddələrlə zəngin sənaye əhəmiyyətli yataqla. İllik qızıl hasilatı 3 tona çatdırılmışdır.