Gözlənilən təbii təhlükələr: tez-tez baş verən toz və qum tufanları
Ətraf mühitin aktual problemləri: səhralaşma; yeraltı su ehtiyatlarının tükənməsi; qurumayan daimi su mənbələrinin olmaması ucbatıntan dəniz suyunu təmizləyici müəssisələrin tikilməsi zərurəti; sahil sularının neftlə çirklənməsi.
SUAL 38. Səudiyyə Ərəbistanının inkişaf tarixi idarə olunma sistemi, əhalisi
Tarixi. SƏ köçəri ərəb tayfalarının çox qədimdən məskunlaşdığı ərazilərdəndir. Ərəb tayfaları ilkin dövrlərdə ölkənin şimal-şərqində, e. ə. II minillikdə isə Ərəbistan yarımadasının hər yerində yayılmışdır. Məkkə şəhəri Ərəbistanın mühüm siyasi, ticarət mərkəzinə çevrilir.
Hicaz əyalətində VII əsrdə yeni din – İslam və ilk müsəlman teokratik dövləti - xilafət yaranır. Xilafətin ilk paytaxtı Mədinə şəhəri olur.
Ərəb xilafəti VII-VIII əsrlərdə Əməvilərin, VII-IX əsrlərdə Abbasilərin hakimiyyəti altında olur. X-XII yüzilliklərdə Ərəbistan yarımadasında müstəqil əmirliklər, sultanlıqlar yaranır. XVI əsrdə Ərəb ölkələri, Səudiyyə Ərəbistanı Osmanlı imperiyasının təsiri altına düşür.
XVIII yüzilliyin ortalarında türklərin Ərəbistandan çıxarılması hərəkatı başlanır. Bu hərəkata Səudilər sülaləsindən Əmir Məhəmməd ibn Səud başçılıq edir. O, qarşısında Ərəbistanı İslamın vəhhabilik təriqəti bayrağı altında birləşdirib azadlıq hərəkatına başlamaq məqsədi qoymuşdu.
XX əsrin əvvəllərində Ərəbistan yarımadasında əmirliklərin birləşdirilməsi və vahid mərkəzi dövlət yaradılması uğrunda mübarizə gedir. 1926-cı ilin yanvarında Əbdül Əziz ibn Səudun başçılığı ilə müstəqil dövlət yaradılır. Əbdül Əziz ibn Səud özünü «Hicaz, Nəcd və Birləşdirilmiş digər əyalətlərin» məliki elan edir.
Dostları ilə paylaş: |