Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə



Yüklə 0,75 Mb.
səhifə107/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   ...   103   104   105   106   107   108   109   110   ...   284
İQTİSADİ İMTAHAN

Coğ­ra­fi möv­qe. SƏ əl­ve­riş­li coğ­ra­fi və stra­te­ji möv­qe­yi olan öl­kə­lə­rin­dən bi­ri­dir. Av­ro­pa, Asi­ya və Af­ri­ka ara­sın­da mər­kə­zi möv­qe tu­tan SƏ qərb­dən Qır­mı­zı də­niz, şərq­dən İran Kör­fə­zi­nin su­la­rı ilə əha­tə olun­muş­dur. Də­niz sər­həd­lə­ri­nin ümu­mi uzun­lu­ğu 2510 km-dir. Əra­zi­si 2,21 mln. km2 –dir. Qır­mı­zı də­ni­zin Səu­diy­yə Ərə­bis­ta­nı­na aid edi­lən əra­zi su­la­rı da­xi­lin­də on­lar­la ki­çik ada Səu­diy­yə Ərə­bis­ta­nı­na məx­sus­dur.

Səth qu­ru­lu­şu. Geo­lo­ji cə­hət­dən Ərə­bis­tan ya­rı­ma­da­sı Af­ri­ka­nın şi­mal-şərq sa­hi­li­nin da­va­mı olan qə­dim qa­ya sü­xur­la­rın­dan iba­rət bir plat­for­ma­dır. Plat­for­ma­nın me­yil­li­yi qərb­dən şər­qə ol­du­ğun­dan Qır­mı­zı də­ni­zin şərq sa­hi­li İran kör­fə­zi sa­hi­lin­dən hün­dür­dür. SƏ­da ən yük­sək zir­və­lər Hi­caz dağ sis­te­min­də­dir. Bu­ra­da or­ta hün­dür­lük də­niz sə­viy­yə­sin­dən 2000 m yük­sək­dir. də­niz sə­viy­yə­sin­dən 1500 m hün­dür­lük­­də yer­lə­şən və əl­ve­riş­li iq­li­mi olan Ət-Ta­if şə­hə­ri və ət­ra­fı öl­kə­­nin ən məh­şur is­ti­ra­hət yer­lə­rin­dən bi­ri sa­yı­lır.

Öl­kə əra­zi­si­nin ək­sər his­sə­si­ni Bö­yük və Ki­çik Nə­fud və Rub-əl Xa­li səh­ra­la­rı tu­tur. Bö­yük Nə­fud səh­ra­sın­dan sel su­la­rı­nın və kü­lə­yin gə­tir­di­yi qum yı­ğın­la­rın­dan əmə­lə gəl­miş yer­lə­rin land­şaf­tı­nın sə­ciy­yə­vi xü­su­siy­yə­ti səh­ra­nın at aya­ğı­nın izi­ni xa­tır­la­dan nə­həng çu­xur­lar­la ör­tü­lü ol­ma­sı­dır. Bö­yük Nə­fud­dan cə­nub­da yer­lə­şən Ki­­çik Nə­fud səh­ra­sı­nın qum tə­pə­lə­ri ara­sın­da səh­ra ot­la­rı­na, al­çaq­boy­lu ti­kan­lı kol­la­ra rast gəl­mək olar. Ona gö­rə də bu ra­yon bə­də­vi­lə­rin ən çox sev­di­yi ot­laq ye­ri­dir.

Ərə­bis­tan ya­rı­ma­da­sı­nın ən bö­yük səh­ra­sı (sa­hə­si 1,0 mln. km2) olan Rub-əl Xa­li səh­ra­sın­da hət­ta də­və­lər üçün ke­­çil­­məz olan yer­lər var­dır. Öl­kə­nin Əl-Hə­sa ad­l­­a­nan İran kör­fə­zi sa­hil­lə­ri sət­hi qum­lu dü­zən­lik­lər­dən iba­rət­dir.

Ötüb keç­miş sel­lə­rin, çay­la­rın «va­di» ad­la­nan bö­yük və ki­­çik ya­taq­la­rı Ərə­bis­tan ya­rı­ma­da­sı rel­ye­fi­nə ay­rı bir xü­­su­­siy­yət ve­rir. Öl­kə­də ya­ğış­lı dövr­lər­də cə­mi bir ne­çə va­di su ilə do­­lur. Mə­sə­lən, Fa­ti­mə va­di­sin­də daş­qın vaxt­la­rın­da axar su­yun eni bə­zən bir ne­çə ki­lo­met­rə ça­tır. SƏ­nın qər­bin­də ən mü­hüm va­di Də­va­sir va­di­si­- Bi­şə, Rə­ni­yə, Tət­lit çay ya­taq­la­rı­nın «bir­ləş­mə­sin­dən» əmə­lə gəl­miş və Ki­çik Nə­fu­dun qum­la­rın­da itib-ba­tır. uzun müd­dət ya­ğan ya­ğış­lar­dan son­ra bu va­di­lər su ilə do­lur.

Qır­mı­zı də­niz­də Səu­diy­yə Ərə­bis­ta­nı­na məx­sus olan ada­­la­rın sət­hi qa­ya­lıq­lar­dan, mər­can rif­lə­rin­dən, qum­luq­­lar­dan iba­rət­dir. İran kör­fə­zi­nin sa­hil­lə­ri gi­rin­ti­li-çı­xın­­tı­lı­dır. La­kin qum­lu al­çaq sa­hil, ki­çik kör­fəz­lə­rin da­yaz­lı­ğı gə­mi­çi­lik məq­sə­di­lə is­ti­fa­də olun­ma­sı­nı çə­tin­ləş­di­rir. Öl­kə­nin ən hün­dür nöq­tə­si Sə­ud da­ğı (3133 m), Ən al­çaq nöq­tə­si isə İran kör­fə­zi sa­hi­li­dir (0 m).


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin