Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə



Yüklə 0,75 Mb.
səhifə106/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   ...   102   103   104   105   106   107   108   109   ...   284
İQTİSADİ İMTAHAN

Sə­na­ye. Sə­na­ye­nin in­ki­şa­fı üçün müx­­tə­­lif fay­da­lı qa­zın­tı­lar, bol əmək eh­ti­ya­tı var, ama bu sa­hə­nin ix­ti­sas­laş­ma­sı məh­dud çər­çi­və­də­dir. İq­­ti­sa­diy­ya­tı­nın apa­rı­cı sa­hə­si neft və qaz çı­xar­ma və ema­­lı­dır. Neft-qaz sek­to­ru öl­kə­nin ÜDM-nun 27, val­yu­ta gə­li­­ri­nin 89%-ni ya­ra­dır. 1973-cü ilə qə­dər öl­kə­də nef­tin 90%-ni Bey­nəl­xalq Neft Kon­sor­siu­mu (BNK) çı­xa­rır­dı. 1973-cü il­də BNK ilə İran Mil­li Neft Şir­kə­ti (İMNŞ) ara­sın­da mü­qa­vi­lə bağ­­la­nır- nef­tin çı­xa­rıl­ma­sı, ema­lı və sa­tı­şı İMNŞ-nin ix­ti­ya­rı­na ve­ri­lir. La­kin BNK 1978-ci ilin so­nu­­na­dək neft sa­tı­şı­nın 80% nə­za­rət et­miş, İran nef­ti­nin alı­cı­­la­rı ara­sın­da va­si­tə­çi ro­lu­nu oy­na­mış­dır.

XX əs­rin son­la­rı­na ya­xın neft-qaz çı­xa­rıl­ma­sı işin­­də Ru­si­ya­nın «Qazp­rom», Fran­sa­nın «To­tal» və «Elf Agi­ten», Ma­­lay­zi­ya­nın «Pet­ro­nas» və İta­li­ya­nın «Eni» şir­kət­lə­ri fə­al iş­ti­rak et­mə­yə baş­la­mış­lar. İran­da 238 mln. ton neft (2017-ci il) çı­xa­rıl­sa da, neft ema­lı mü­əs­si­sə­lə­ri­nin is­teh­sal gü­cü zə­if ol­du­ğun­dan neft məh­sul­la­rı­na olan da­xi­li tə­lə­bat ödə­nil­mir və İran hər il 7,0 – 8,0 mln. ton neft məh­sul­la­rı-id­xal

Öl­kə­də bö­yük həcm­də (99 mlrd. kub metr) tə­bii qaz da çı­xa­­rı­lır. Mü­hüm tə­bii qaz ya­taq­la­rı öl­kə­nin cə­nub-qər­­bin­də­dir. Ha­sil edi­lən tə­bii qa­zın bir his­sə­sin­dən sə­na­ye mü­əs­­si­sə­lə­ri və məi­şət­də is­ti­fa­də olu­nur və ix­rac edi­lir. Neft ema­lı mü­əs­si­sə­lə­ri Aba­dan, qaz ema­lı mü­əs­si­sə­lə­ri Bən­dər-Xo­mey­ni şə­hər­lə­rin­də­. İran hö­ku­mə­ti neft­dən gə­lən gə­lir he­sa­bı­na ema­le­di­ci sə­na­ye sa­hə­lə­ri­ni in­ki­şaf et­dir­miş­dir-də­yi­şik­lik­lər üç is­ti­qa­mət­də ol­muş­dur:

- İd­xal olu­nan ha­zır sə­na­ye məh­sul­la­rı­nın azal­dıl­ma­sı;

- Yer­li is­teh­lak, ix­ra­cat əhə­miy­yət­li mü­hüm sa­hə­lə­rin (ma­şın­qa­yır­ma, me­tal­lur­gi­ya, neft – kim­ya, atom ener­ge­ti­ka­sı) ya­ra­dıl­ma­sı;

- Yün­gül və ye­yin­ti sə­na­ye­si­nin tex­ni­ki cə­hət­dən tək­­mil­ləş­di­ril­mə­si.

İran­da me­tal­lur­gi­ya sə­na­ye­si in­ki­şaf et­di­ri­lir. Öl­kə­nin ən bö­yük qa­ra me­tal­lur­gi­ya mü­əs­si­sə­si Es­fa­han - Əh­vaz, Bu­şəhr, Məş­həd. əl­van me­tal­lur­gi­ya mü­əs­si­sə­lə­ri-Tehran,Ərak. Ma­şın­qa­yır­ma sə­na­ye mü­əs­si­sə­lə­ri Təb­riz, Ərak, Teh­­ran, Qəz­vin, Rəşt şə­hər­lə­rin­də­- av­to­­mo­­bil, elekt­ro­tex­ni­ka və ra­dio­tex­ni­ka ava­dan­lıq­la­rı is­teh­sal edi­lir.

Xam­ma­lı öl­kə­də möv­cud olan kim­ya və neft-kim­ya iq­ti­sa­­diy­­ya­tın apa­rı­cı sa­hə­lə­ridir. 1969-cu il­də Aba­dan şə­hə­ri və Hərq ada­sın­da neft emal edən iri mü­əs­si­sə­lər fəa­liy­yə­tə baş­la­mış­dır.

İran iq­ti­sa­diy­ya­tı­nın sü­rət­li in­ki­şa­fı­na ma­ne olan sə­bəb­­lər­dən bi­ri elekt­rik ener­ji­si is­teh­sa­lı­nın ki­fa­yət qə­dər ol­ma­ma­­sı­dır. Öl­kə­də is­teh­sal olu­nan elekt­rik ener­ji­si­nin (254 mlrd. kvt.s.-dan ar­tıq 2018) 2/3 his­sə­si İES pa­yı­na dü­şür. İran hö­ku­mə­ti bu prob­le­mi ara­dan qal­dır­maq məq­sə­di­lə nü­və ener­ji­sin­dən da­ha ge­niş miq­yas­da is­ti­fa­də et­mək iq­ti­da­rın­da­dır. Ru­si­ya­lı mü­tə­xəs­sis­lə­rin kö­mə­yi ilə Bu­şəhr (Bu­şir) şə­hə­rin­də­ki AES is­teh­sal gü­cü ar­tı­rıl­mış­dır. İran­da nü­və proq­ra­mı­nın re­al­laş­dı­rıl­ma­sı təd­bir­lə­ri Qərb döv­lət­lə­ri­nin, ABŞ-ın ha­kim dai­rə­lə­ri­ni İra­na qar­şı hə­də­lə­yi­ci bə­ya­nat­lar­la çı­xış et­mə­yə va­dar et­miş­dir.

İran­da yer­li xam­ma­la əsas­la­nan ti­kin­ti ma­te­ri­al­la­rı sə­na­­ye­­si də in­ki­şaf et­di­ri­lir. Öl­kə­nin ək­sər şə­hər­lə­rin­də kər­pic, se­­ment, şü­şə və şü­şə mə­mu­lat­la­rı, mər­mər, əhəng da­şı və s. İs­teh­­sal edən mü­əs­si­sə­lər var. Bu sa­hə­nin bə­zi məh­sul­la­rı qon­­şu öl­kə­lə­rə də ix­rac olu­nur.

İran­da ənə­nə­vi mil­li sə­nət­kar­lıq öz əhə­miy­yə­ti­ni in­­di­yə­­dək sax­la­mış­dır. Öl­kə­də xal­ça­çı­lı­ğın ta­ri­xi çox qə­dim­dir. Təb­­riz, Məş­həd, Es­fa­han xal­ça­la­rı zə­rif­li­yi, bə­dii­li­yi, rəng­­lə­ri­nin sa­bit­li­yi ilə dün­ya şöh­rə­ti qa­zan­mış­dır. Ən qə­dim Təb­riz xal­ça­la­rı B. Bri­ta­ni­ya, ABŞ, Fran­sa mu­zey­lə­rin­də və şəx­­si kol­lek­si­ya­lar­da sax­la­nı­lır. Öl­kə­də sə­­nət­kar­lər tə­rə­fin­dən qı­zıl, gü­müş və mis mə­mu­lat­­la­rı­­na mi­na ilə bə­zək vur­maq, mil­li tik­mə­lər işi yax­şı in­­ki­şaf et­di­ri­lir. İran­da kənd tə­sər­rü­fa­tı xam­ma­lı əsa­sın­da ye­yin­ti sə­na­ye­si in­ki­şaf et­miş­dir. Bu sa­hə­nin bir çox məh­sul­la­rı həm də ix­rac olu­nur.

SUAL 37.Səudiyyə Ərəbistanı Məlikliyinin coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin