1932-ci il sentyabrın 23-də SƏ adı almış məlikliyin tarixi-coğrafi əyalətlərinin (Hicaz, Nəcd, Əl-Həsa və Əl-Asir) bir dövlət tərkibində birləşdirilməsi haqqında məlikin fərmanı elan olunur və milli bayram kimi qeyd olunur.
İdarəolunma forması. SƏ məlikliyi mütləqiyyət formalı teokratik monarxiyadır. Qurani-Kərim konstitusiyanı əvəzləyir. 1982-ci ildə ölkənin məliki Əs-Səudilər ailəsindən olan Fəhd ben Əbdül Əzizin vəfatından sonra ölkə vəliəhdi əmir Abdullah ben Əbdüləziz Əl Səud SƏ məlikliyinin dövlət başçısı – Məlik, ali baş komandan, baş nazir elan edilmiş, 2 Müqəddəs Ocağın Xadimi titulunu götürmüşdür. Vəliəhdlik mexanizmi rəsmi olaraq 1992-ci ildən təsbit edilmişdir. Dövlətdə bütün rəsmi vəzifələri Əs-Səudilər ailəsinin üzvləri tutur. Ali hakimiyyət orqanlarına – dövlət başçısı, vəliəhd, Nazirlər Şurası, Məşvərət Şurası, Ali Məhkəmə Şurası daxildir. İnzibati baxımdan ölkə 4 tarixi bölgəyə və 13 əyalətə bölünür.
SƏda heç bir siyasi partiya və həmkarlar təşkilatı yoxdur. Bunları yaratmaq rəsmən qadağan olunub. Yaranmış bütün problemlər şəriət qayda-qanunlarına əsasən nizamlanır. Ölkədə radikal şiə qruplaşmaları «Səudiyyə Hisbullahı», «İslamçı Hicaz Cihadı» sayılır. 1990-cı ildə yaranmış «İslahatlar Uğrunda Şiə Hərəkatı» mötədil qruplaşma hesab edilir. BMT, Ərəb Dövlətləri Liqası, İslam Konfransı Təşkilatı, OPEK üzvüdür. SƏnı Məlikliyi ilə AR arasında diplomatik münasibətlər 1992-ci ilin 24 fevralında yaradılmışdır. Hər iki ölkənin paytaxtında müvafiq səfirliklər fəaliyyət göstərir.
Dostları ilə paylaş: |