Əhali. SƏda 27 mln. nəfər əhali yaşayır (2010-cu il). Ölkədə təbi artım 2,5%-dir. Əhalisinin 75%-i ərəblərdir. Onların arasında yerli ərəblərlə, Yəməndən, Ürdündən, Fələstindən olan ərəblər seçilir. İmmiqrant ərəblərin hamısı qazanc arxasınca gələnlərdir. 150 min nəfər səudiyyə ərəbi xarici ölkələrdə yaşayır.
Rəsmi dil – ərəb dilidir. Dövlət dini – sünnü məzhəbli islam dinidir. Yaşlı əhalinin 80%-i savadlıdır. İbtidai təhsil məcburidir. Ölkədə orta ömür müddəti 68 ildir.
Ölkə əhalisi ərazi üzrə çox qeyri-bərabər yayılmışdır. Orta sıxlıq hər kv. km-ə 13 nəfərdir. Qırmızı dəniz və İran körfəzi sahilləri, paytaxt bölgəsində əhali sıxdır. Ölkə ərazisinin 60%-i məskunlaşmayıb. Belə bölgələrdə hətta köçərilərin belə ayağı dəymədiyi sahələr vardır.
Əmək qabiliyyətli əhalinin 90%-i dövlət sektorunda çalışır, əhalinin sürətli artımı şəraitində iş yerləri ilə təminat zəruri olduğundan əcnəbi işçi qüvvəsinin yerli sakinlərlə əvəzlənməsi proqramı həyata keçirilir.
SUAL 39. Səudiyyə Ərəbistanının iqtisadiyyatının aparıcı sahələri
SƏ iqtisadiyyatının formalaşmasına onun keçdiyi tarixi inkişaf yolu mühüm təsir göstərmişdir. Əvvəllər geri qalmış aqrar heyvandarlıq ölkəsi, hazırda İslam ölkələri içərisində iqtisadi inkişaf xüsusiyyətlərinə görə seçilən dövlətlərdəndir. Bu ölkədə dəyişikliklər İkinci Dünya müharibəsindən sonra başlandı və Qərb ölkələrinin yardımı ilə SƏ 20-30 il ərzində orta səviyyədə inkişaf etmiş sənaye-aqrar ölkəyə çevrildi, feodalizm dövründən birbaşa kapitalizmə sıçradı.
Ölkədə ümumdaxili məhsulun 25%-i sənaye və tikintinin, 63%-i xidmət sahələrinin və 12%-i kənd təsərrüfatının və balıqçılığın payına düşür.
Dostları ilə paylaş: |