Kənd təsərrüfatı. kənd təsərrüfatı yaxşı inkişaf etməmişdir. Ölkə ərazisinin 4,2%-ə qədəri becərilir. Mühüm k/t rayonları Əl-Asir əyalətinin dəniz sahilləri və Tihamə vadisi. Kənd təsərrüfatının mühüm sahəsi bitkiçilik. Xurma və mədəni bitkilərin becərilməsi. Kənd təsərrüfatına aid dövlət proqramı həm dövlət xətti ilə, həm də özəl sektora arxalanmaqla həyata keçirilir. Fermerlərə və kəndlilərə çox böyük güzəştlər edilir və yardım göstərilir.
Ölkə üzrə kənd təsərrüfatı üzrə istifadə olunan torpaqların ümumi sahəsi 53 mln. hektardır. Taxılın hər hektarından orta məhsuldarlıq 45 sentnerə çatır, lakin bu nəticəyə çəkilən məsrəflər taxılın dünya bazarındakı qiymətlərindən 2 dəfə baha başa gəlir. Bu səbəbdən dövlət taxıl istehsalını milli tələbat həddində məhdudlaşdırır.
Son zamanlarda şəxsi təsərrüfatlarında quşçuluq və dəvəquşu yetişdirilməsinə başlanılmışdır. Qırmızı dəniz və İran körfəzi balıq ilə boldur. dəniz məhsulları ölkə sakinlərinin qida rasionunda geniş yer tutmur. Heyvandarlıqla məşğul olanlara müxtəlif növ subsidiyalar, kreditlər verilir, güzəştlər edilir. Ölkədə müasir baytarlıq xidməti təşkil edilmişdir. Dövlət xaricdən yem idxalını mərkəzləşdirmişdir. Dövlət öz hesabına cins mal-qara artımını təmin edir.
SUAL 40. Hindistanın coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Dostları ilə paylaş: |