aktual problemləri: meşəsizləşmə, torpaqların eroziyaya uğraması; otlaq yerlərinin ev heyvanları tərəfindən sıradan çıxarılması; səhralaşma proseslərinin baş verməsi; şəhərlərdə sənaye müəssisələrinin və avtomobillərin atmosferə buraxdığı zəhərli qazlar hesabına havanın çirklənməsi və s.
SUAL 41. Hindistanın inkişaf tarixi, idarə olunma sistemi, əhalisi
Tarix. Müasir Hindistanın ərazisində ən qədim sivilizasiyalardan biri yaranmışdır. E.ə 3-cü minillikdə burda Harappa sivilizasiyası yaranır. Bu sivilizasiya e.ə 2-ci minilliyin ortalarında hind-ari tayfaları tərəfindən dağılır. E.ə. 6-cı əsrdə Hindistanın şimal-qərbi İran imperiyasının hakimiyyəti altında olur. X əsrdə müsəlman işğalçılarının basqını nəticəsində Hindistanda müxtəlif dövlətlər yaranır ki, induist mədəniyyəti və dili üstünlük təşkil edirdi. Böyük Moğolların basqını nəticəsində müsəlman hökmranlığına son qoyulur və Dehli sultanlığı əhəmiyyətini itirir.
1626-cı ildə Dehli zəbt olunur və Böyük Moğolların imperiyası yaranır. Bu imperiya XVIII əsrin əvvəllərində yüksək inkişaf səviyyəsinə çatır. Həmin vaxtlar Hindistan ərazisinə Avropa ölkələri meyl göstərməyə başlayır.
Regionda ağalıq etmək uğrunda mübarizə Fransa ilə İngiltərə arasında daha kəskin gedir və İngiltərənin qələbəsi ilə nəticələnir. 1838-1940-cı illərədək Hindistan ərazisində xarici və daxili qüvvələr arasında çəkişmələr olmuş, lakin hindlilərin müqaviməti yatırılmışdı. 1940-cı illərdə Maxatma Qandinin rəhbərliyi ilə başlanan milli azadlıq hərəkatı 1947-ci il avqustun 15-də ölkənin milli müstəqilliyinə gətirib çıxardı (ərazisi iki yerə-Hindistan və Pakistan İslam Res ayrılmaq şərtilə)- dominion statusu Britaniya imperiyası tərkibində özünüidarə hüququ aldı. 1950-ci il yanvarın 26 ölkə respublika elan olundu. 15 avqust və 26 yanvar Milli bayramları kimi qeyd olunur.
Hindistan Böyük Britaniyanın rəhbərlik etdiyi «Birlik» üzvüdür. Müstəqillik qazandıqdan sonra Çinlə, Pakistanla hərbi münaqişəyə cəlb olundu. Pakistanla Camma və Kəşmir ştatı məsələsinə görə hələ də «soyuq» münasibətdədir. Ölkə daxilində də dini və etnik məcrada münaqişələr- ölkədə siyasi vəziyyəti gərginləşdirir.
Dostları ilə paylaş: |