|
|
səhifə | 132/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Coğrafi mövqe. Malayziya Cənub-Şərqi Asiyada, Malakka yarımadası və Kalimantan adasının şimal hissəsində (Şərqi Malayziya) yerləşir. Şərqi Malayziya İndoneziya və Bruney ilə quru sərhəddinə malikdir. Qərbi Malayziya bölgəsi Taylandla həmsərhəddir.şimalda Cənubi Çin dənizi, şimal-şərqdə Sulu dənizi, şərqdən Sulavesi dənizlərinin suları ilə əhatə olunur. Sinqapurdan dar Cohor boğazı ayırır. Ölkənin ümumi sahəsi 336,8 min km²-dir.
Səth quruluşu. ekvatorial qurşaqda yerləşir. Sərhədlərinin çoxu dəniz sərhədləridir. Malakka yarımadasında çay dərələri ilə ayrılan bir-birinə paralel dağlar uzanır. Yarımadanın cənubunda dağlar düzənliklərlə əvəz olunur. Malakka yarımadasında ən yüksək nöqtə Taxan dağıdır.
Şərqi Malayziya da yüksək olmayan təpələr və dağlar üstünlük təşkil edir. Ölkədə ən yüksək nöqtə Kinabalu dağında. Şərqi Malayziyada sahil hissə və Racanq çayının aşağı axarı bataqlaşmış ovalıq sahədir. Malayziya dağlarının yamacları tropik bitki örtüyü ilə örtülmüşdür.
Dostları ilə paylaş: |
|
|