Hidroqrafiya. Ölkədə çay şəbəkəsi sıx ,qısa və çoxsuludur. Malakka yarımadasındakı çaylar dağ çayları olduğundan gur axır, gözəl şəlalələr əmələ gətirir. Kalimantanın şimalındakı çaylar düzənlik çayları və axın boyu çoxlu qollara ayrılırlar. Ən mühüm çayları Racanq, Paxanq, Perak. Tropik yağıntılar çayların rejiminə güclü təsir edir və tez-tez daşqınlar baş verir.
Torpaq-bitki örtüyü. podzollu laterit torpaqlar üstünlük təşkil edir. Bu torpaqlar təbii halda məhsuldar deyil. Çay dərələrində allüvial torpaqlar-çəltik becərilir. Ölkə ərazisinin ¾ hissəsi həmişəyaşıl tropik meşələrlə örtülüdür. Malakka yarımadasının bataqlaşmış sahillərində və çay dərələrində manqr meşələri yayılmışdır. Düzənliklərdə, dağların aşağı yamaclarında rütubətli tropik həmişəyaşıl meşələr yayılmışdır. Tropik meşələrdə banan, papayya, çörək ağacı, zəncəfilkolu, sahillərdə hind qozu ağacı bitir. Bambuk hər yerdə bitir və əhali tərfindən geniş istifadə olunur.