Kənd təsərrüfatı. Aqrar sektor monokultur istiqamətlidir. Ölkədə ən mühüm kənd təsərrüfatı bitkisi geveyadır. Iri plantasiyalar yerli çinli sahibkarlara, kiçik təsərrüfatlar isə malay kəndlilərinə məxsusdur. Kauçuk plantasiyaları çox zəhmət tələb edir. İri plantasiyalarda lateks emal edən fabriklər vardır. Ölkədə 740 min ton təbii kauçuk istehsal edilir (dünya 2,7%-i). Kauçuk yarpağı həm də konservləşdirilmiş şəkildə ixrac olunur. Plantasiyalarda yağlı bitkilər və hind qozu, ananas və çay becərilir (Cohorda). Bunlardan yağlı palma xüsusilə əhəmiyyətlidir. Onun meyvəsindən texniki yağ alınır. Kənd təsərrüfatının ixracat istiqamətli olması ərzaq məhsulları istehsalına mane olur. Çəltik və digər ərzaq məhsullarına olan tələbat idxalat hesabına tam ödənilir. Suvarma təsərrüfatının inkişaf etdirilməsi, xam torpaqların mənimsənilməsi, taxıl bitkilərinin -çəltik əkinlərinin genişləndirilməsinə səbəb olmuşdur. Heyvandarlıq zəif inkişaf etmişdir. Iri buynuzlu mal-qara, qoyun, keçi, donuz, ev quşları saxlanılır. Otlaq sahəsi çox azdır. çay balıqçılığı inkişaf etmişdir.- malaylar məşğuldurlar.
SUAL 47. İndoneziyanın inkişaf tarixi idarə olunma sistemi, əhalisi
tarixi. İndoneziya qədim sivilizasiya ocaqlarından biridir. E.ə 1-ci minilliyin ortalarında müasir ərazisində Hindçin yarımadasından emiqrantlar dövlət yaradırlar. IV-VII əsrlərdə Yava adasına gələn hind knyazları öz dövlətlərini yaradır və hindi mədəniyyətini yayırlar. XIII-XV əsrlərdə Macapahit imperiyası bütün İndoneziya ərazisini öz təsiri altına alır. İndoneziyaya XIII əsrdə İslam dini daxil olur və hakim rol oynamağa başlayır. İndoneziyaya maraq göstərən Hollandiya onu müstəmləkəyə çevirə bilir. 1619-cu ildə Cakarta şəhəri holland müstəmləkəçiləri tərəfindən tamamilə dağıdılır. Hollandlar onun yerində qala inşa edirlər və onu Bataviya adlandırırlar. Hollandların hakimiyyəti 350 il davam edir. Bu dövr ərzində şəhər adada müstəmləkə ərazisinin paytaxtı olduğundan müstəmləkə general-qubernatorunun iqamətgahı da burada yerləşirdi.
Avropalıların ölkəyə daxil olması ciddi tarixi, sosial-iqtisadi və mədəni dəyişikliklərin baş verməsi ilə nəticələndi. dövlətin sərbəst inkişafı 350 il ləngimiş, xalqlarının yaxınlaşma prosesi gecikmiş, ənənəvi iqtisadi əlaqələri və yerli ticarət pozulmuş, İndoneziya Cənub dənizlərində aparılan ticarətdə öz mövqeyini itirmişdi və s.Yaponiya əsarətindən xilas olduqdan sonra Millətçi partiya İndoneziyanı 1945-ci il avqustun 17-də müstəqil elan etdi. 17 avqust ölkənin Milli bayramı kimi qeyd olunur. Lakin Hollandiya bu müstəqilliyi 1949-cu ildə tanındı. 1965-ci ildə ölkədə hakimiyyət hərbçilərin əlinə keçir.
Dostları ilə paylaş: |