|
|
səhifə | 141/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Coğrafi mövqe. İndoneziya Asiya və Avstraliya materikləri arasında Malay arxipelaqında yerləşir. Cəmi 17,5 min adada yerləşmiş qərbdən-şərqə 5 min km, şimaldan-cənuba 2 min km məsafədə uzanır. Ən böyük adaları Kalimantan, Sumatra, Sulavesi, Yava, Madura, Lombok, Flores, Timor və s.-dir. quru sərhədləri Papua –Yeni Qvineya, Şərqi Malayziya ilə, dəniz sərhədləri isə Avstraliya, Filippin, Qərbi Malayziya ilədir. Ölkənin ərazisi 1,9 mln. km²-dir.
Səth quruluşu. Ölkənin relyefi müxtəlifliyi ilə səciyyələnir. İndoneziya adaları qurunun çökməsi nəticəsində yaranmışdır. Ərazisinin yarısı okean səviyyəsindən aşağıda yerləşmiş ovalıqlardan, 40%-i 200-1500 m hündürlükdə olan yayla və alçaq dağlardan, yüksək dağlardan ibarətdir. Ən yüksək nöqtə Qərbi İrianda Cayadır .
İqlim.Ölkənin ərazisi ekvatorla kəsilir və ekvator xətti ilə isti qurşaqda yerləşir. Ekvatorial iqlim hakim olan bu ölkədə ilin fəsilləri dəyişmir, həmişə yüksək temperatur olur və bol yağıntı düşür. Lakin ölkənin cənub-şərqi qışda Avstraliyadan əsən quru cənub-şərq mussonlarının təsiri altında olduğundan, mövsümi fərqlər yağıntıların miqdarında və aqroiqlim şəraitində aydın nəzərə çarpır.
Dostları ilə paylaş: |
|
|