Faydalı qazıntılar. Birləşmiş ştatlar sənayenin inkişafına güclü təkan verən müxtəlif və qiymətli qazıntı sərvətləri ilə də zəngindir. daş kömür, neft, təbii qaz, uran, dəmir və əlvan metal filizlərinin öyrənilmiş ehtiyatına görə dünyada birinci yerlərdən birini tutur. Ən iri daş kömür yataqları Appalaç hövzəsində. Kordilyerin bir sıra bölgələrində daş, qonur kömür. Neft və təbii qaz yataqları Meksika körfəzi sahili bölgələrdə, bu ölkənin şelf zonasında, Kaliforniya, Alyaskada. Dəmir filizinin iri yataqları Yuxarı göl hövzəsində. Əlvan və nadir metal filizlərinin iri yataqları Kordilyerdə. Floridada fosforit, Luiziana və Texasda kükürd. kobalt, manqan, nikel, boksit kimi qiymətli sərvətləri yoxdur, idxal yolu ilə ödənilir.
Dostları ilə paylaş: |