yeyinti sənayesində çəltiktəmizləmə və un istehsalı məhsulları həcminə görə dünyada liderdir. Çay, tütün, pivə istehsalına görə də dünyada aparıcı mövqe tutur.
Çində güclü hərbi sənaye yaradılmışdır. Raket-nüvə silahı istehsal edilir, kosmik proqramlar işlənilir.
SUAL 60. ABŞ-nın coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Cografi mövqe. Şimali Amerika materikinin mərkəz və şimal-qərb hissəsində yerləşmiş ABŞ ərazisinin böyüklüyünə (9,8 mln. kv.km) görə Rusiya, Kanada və Çindən sonra dünyanın dördüncü, əhalisinin sayına görə isə (331,4 mln., 2019) Çin və Hindistandan sonra üçüncü yeri tutur. Puerto-Riko, Karib dənizindəki Vircinya adaları, Okeaniyada yerləşmiş Quam, Şərqi Samoa adaları ABŞ-ın mülkü hesab olunur. Sakit okeanda yerləşmiş Marian, Marşal və Karolina adalarının əhəmiyyətli hissəsinə nəzarət edir. ABŞ-ın ərazisi üç hissədən ibarətdir:
1.Əsas hissə şimalda Kanada, cənubda isə Meksika ilə həmsərhəddir. Şərqdə və cənub-şərqdə Atlantik okeanının, qərbdə Sakit okeanın suları ilə əhatə olunur. Ölkənin 50 ştatından 48-i əsas hissədə yerləşmişdir.
ABŞ-ın iki okean arasında yerləşməsi onun iqtisadi coğrafi mövqeyinin üstünlüyüdür. Okeanlar ilə əhatə olunması onun dənizlərə çıxışı olan ölkələrlə ticarət əlaqələrini və başqa münasibətlərini asanlaşdırır.
2.Alyaska yarımadası materikinin şimal-qərb hissəsini tutur. Yarımadanın yaxınlığında yerləşən adalar, Aleut adaları Alyaskaya aiddir. Buradan əsas əraziyə qədər ən yaxın məsafə 600 km-dir. Alyaska 1959-cu ildə ştat statusu əldə etmiş və 49-cu ştat olmuşdur.
3.Havay adaları Sakit okeanda yerləşmiş bu hissə əsas hissədən 3500 km aralıdır. 1959-cu ildə ştat statusu əldə edərək, ölkənin 50-ci ştatı olmuşdur. ABŞ-ın Sakit okeanda ən böyük hərbi dəniz bazası olan Perl-Harber Havay adalarındadır.
Dostları ilə paylaş: |