Sənaye. Müasir Çin sənaye-aqrar ölkəsidir. Ənənəvi sahələrlə (toxuculuq, kömür, qara metallurgiya) yanaşı sənayenin neft hasilatı, kimya, aviasiya, hərbi və kosmik, elektronika -yeni sahələri yaranmışdır. Sənaye müəssisələrinin ümumi miqdarı və onlarda çalışanların sayına görə Çin dünyada birinci yerdədir. Çində sənaye istehsalının strukturu tarazlığı, yüksək dərəcədə diversifikasiyaya görə fərqlənir.
Energetika. Çin enerji daşıyıcıları istehsalına görə dünyada aparıcı yerlərdən birini tutur. Energetikanın əsasını kömür hasilatı təşkil edir. Sənayenin bütün sahələrində və məişətdə kömürdən istifadə edilir. Kömür yataqları ölkənin bütün əyalətləri və muxtar rayonlarında aşkar edilmişdir- 2/3 hissəsi Şimal-Şərqi Çin və Şimali Çində (Fusin, Fuşun, Datun) hasil edilir. Yanar şist, nüvə yanacağı yataqları da enerji sərvəti kimi istifadə edilir.
Çin neft istehsal edən iri dövlətlərdən biridir -dünyada altıncı yerdədir. Bu sənaye sahəsi yenidir və sürətlə inkişaf edir. Neft hasilatında Datsin yataqları aparıcı mövqE-ölkənin şimal-şərqində, Rusiya ilə sərhəddən 370 km aralı məsafədə yerləşmişdir. Digər yataqlar Şimali (Tyantsin yaxınlığındı Daqan) və Şərqi Çində (Şandun yarımadasında Şenli) kəşf olunmuşdur. Bu rayonlarda neft kəmərləri çəkilmiş, neft emalı və neft-kimya zavodları (Şenyan, Pekin, Dalyan, Şanxay) inşa edilmişdir.
Əvvəllər neftin bir hissəsi ixrac olunurdu. Lakin daxili tələbatın artması Çini neft idxalçısına çevirmişdir. Qaz sənayesinin inkişaf səviyyəsi aşağıdır. Çünki, ölkədə təbii qaz hasilatı azdır Çıxarılan təbii qazın yarısı Sıçuan əyalətinin payına düşür.
Elektroenergetika kömür xammalı ilə ,Neft və qazla işləyən İES-lər vardır. Ən iri İES-ləri Şimal-Şərq sənaye rayonundadır. Çində ilk geotermal elektrik stansiyası Lxasda tikilmişdir. SES həm iri, həm də kiçik çaylar üzərində tikilir. Ölkədə ən iri SES Yantszı üzərindəki «Qeçjouba». Lakin həmin çay üzərində dünyada ən iri «Üç dərə» hidrotexniki kompleksi inşa olunmuşdur-nəhəng mühafizə bəndi, 26 elektrik enerjisi generatoru daxildir. Əvvəla, layihənin həyata keçirilməsilə inkişaf edən milli iqtisadiyyatın elektrik enerjisi ilə təmin olunması problemi həll oluna bilər. İkincisi, Çin ekoloji cəhətdən daha təmiz elektrik enerjisi növünə keçə bilər. XX-XXI əsrlərdə «çirkli» İES-də elektrik enerjisinin 80 %-i istehsal olunmuşdur -70 %-i kömür xammalı ilə işləyən İES-in payına düşür. Üçüncüsü, inşa edilən bənd ölkədə tez-tez minlərlə insanın qırılması və maliyyə itkisinə səbəb olan daşqınların qarşısını ala bilər.
hidroenerji sərvətindən az istifadə olunur. Ölkədə 3,4 trln. kVt/s elektrik enerjisi istehsal olunur. Ona görə də Çin adambaşına düşən elektrik enerjisinin miqdarına görə dünyada hələ çox ölkələrdən geri qalır. Ölkədə ilk AES 1990-cı illərdə Şanxay yaxınlığında inşa edilmiş «Tsinşan-I» və Quandun əyalətində Dayavandır. Bu stansiyalar üçün avadanlıq Fransa, Böyük Britaniya, Yaponiyadan idxal olunmuşdur.
Çinin ən mühüm sənaye sahələrindən biri qara metallurgiyadır. - yerli dəmir filizi ehtiyatı və kokslaşan kömürə əsaslanır. Bu sahənin inkişafına görə Çin dünya miqyasında seçilir. Qara metallurgiyada istehsalın təmərküzləşməsi yüksək səviyyədədir. Ölkədə istehsal olunan poladın 2/3 hissəsi 10 mühüm kombinatın payına düşür. Ölkədə ən mühüm metallurgiya bazaları Şimal-Şərq (Anşan, Bensi, Fuşun, Dalyak), Şimal (Pekin, Tyantszin), Daxili Monqolustan (Baotou), Mərkəz (Uxan).
Dostları ilə paylaş: |