Sual dünyanın siyasi xəritəsinin formalaşması Si­ya­si xə­ri­tə


Sə­na­ye. Müa­sir Çin sə­na­ye-aq­rar



Yüklə 0,75 Mb.
səhifə179/284
tarix19.02.2022
ölçüsü0,75 Mb.
#52843
1   ...   175   176   177   178   179   180   181   182   ...   284
İQTİSADİ İMTAHAN

Sə­na­ye. Müa­sir Çin sə­na­ye-aq­rar öl­kə­si­dir. Ənə­nə­vi sa­hə­lər­lə (to­xu­cu­luq, kö­­mür, qa­ra me­tal­lur­gi­ya) ya­na­şı sə­na­ye­nin neft ha­si­la­tı, kim­­ya, avia­si­ya, hər­bi və kos­mik, elekt­ro­ni­ka -ye­ni sa­hə­­lə­ri ya­ran­mış­dır. Sə­na­ye mü­əs­si­sə­lə­ri­nin ümu­mi miq­da­rı və on­lar­da ça­lı­şan­la­rın sa­yı­na gö­rə Çin dün­ya­da bi­rin­ci yer­də­dir. Çin­də sə­na­ye is­teh­sa­lı­nın struk­­tu­ru ta­raz­lı­ğı, yük­sək də­rə­cə­də di­ver­si­fi­ka­si­ya­ya gö­rə fərq­lə­nir.

Ener­ge­ti­ka. Çin ener­ji da­şı­yı­cı­la­rı is­teh­sa­lı­na gö­rə dün­­ya­da apa­rı­cı yer­lər­dən bi­ri­ni tu­tur. Ener­ge­ti­ka­nın əsa­sı­nı kö­mür ha­si­la­tı təş­kil edir. Sə­na­ye­nin bü­tün sa­hə­lə­rin­də və məi­şət­də kö­mür­dən is­ti­fa­də edi­lir. Kö­mür ya­taq­la­rı öl­kə­nin bü­tün əya­lət­lə­ri və mux­tar ra­yon­la­rın­da aş­kar edil­miş­dir- 2/3 his­sə­si Şi­mal-Şər­qi Çin və Şi­ma­li Çin­də (Fu­sin, Fu­şun, Da­tun) ha­sil edi­lir. Ya­nar şist, nü­və ya­na­ca­ğı ya­taq­la­rı da ener­ji sər­və­ti ki­mi is­ti­fa­də edi­lir.

Çin neft is­teh­sal edən iri döv­lət­lər­dən bi­ri­dir -dün­ya­da al­tın­cı yer­də­dir. Bu sə­na­ye sa­hə­si ye­ni­dir və sü­rət­lə in­ki­şaf edir. Neft ha­si­la­tın­da Dat­sin ya­taq­la­rı apa­rı­cı möv­qE-öl­kə­nin şi­mal-şər­qin­də, Ru­si­ya ilə sər­həd­dən 370 km ara­lı mə­sa­fə­də yer­ləş­miş­dir. Di­gər ya­taq­lar Şi­ma­li (Tyant­sin ya­xın­lı­ğın­dı Da­qan) və Şər­qi Çin­də (Şan­dun ya­rı­ma­da­sın­da Şen­li) kəşf olun­muş­dur. Bu ra­yon­lar­da neft kə­mər­lə­ri çə­kil­miş, neft ema­lı və neft-kim­ya za­vod­la­rı (Şen­yan, Pe­kin, Dal­yan, Şan­xay) in­şa edil­miş­dir.

Əv­vəl­lər nef­tin bir his­sə­si ix­rac olu­nur­du. La­kin da­xi­li tə­lə­ba­tın art­ma­sı Çi­ni neft id­xal­çı­sı­na çe­vir­miş­dir. Qaz sə­na­ye­si­nin in­ki­şaf sə­viy­yə­si aşa­ğı­dır. Çün­ki, öl­kə­də tə­bii qaz ha­si­la­tı az­dır Çı­xa­rı­lan tə­bii qa­zın ya­rı­sı Sı­çu­an əya­lə­ti­nin pa­yı­na dü­şür.

Elekt­roe­ner­ge­ti­ka kö­mür xam­ma­lı ilə ,Neft və qaz­la iş­lə­yən İES-lər var­dır. Ən iri İES-lə­ri Şi­mal-Şərq sə­na­ye ra­yo­nun­da­dır. Çin­də ilk geo­ter­mal elekt­rik stan­si­ya­sı Lxas­da ti­kil­miş­dir. SES həm iri, həm də ki­çik çay­lar üzə­rin­də ti­ki­lir. Öl­kə­də ən iri SES Yants­zı üzə­rin­də­ki «Qeç­jou­ba». La­kin hə­min çay üzə­rin­də dün­ya­da ən iri «Üç də­rə» hid­ro­tex­ni­ki komp­lek­si in­şa olun­muş­dur-nə­həng mü­ha­fi­zə bən­di, 26 elekt­rik ener­ji­si ge­ne­ra­to­ru da­xil­dir. Əv­və­la, la­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­si­lə in­ki­şaf edən mil­li iq­ti­sa­diy­ya­tın elekt­rik ener­ji­si ilə tə­min olun­ma­sı prob­le­mi həll olu­na bi­lər. İkin­ci­si, Çin eko­lo­ji cə­hət­dən da­ha tə­miz elekt­rik ener­ji­si nö­vü­nə ke­çə bi­lər. XX-XXI əsr­lər­də «çirk­li» İES-də elekt­rik ener­ji­si­nin 80 %-i is­teh­sal olun­muş­dur -70 %-i kö­mür xam­ma­lı ilə iş­lə­yən İES-in pa­yı­na dü­şür. Üçün­cü­sü, in­şa edi­lən bənd öl­kə­də tez-tez min­lər­lə in­sa­nın qı­rıl­ma­sı və ma­liy­yə it­ki­si­nə sə­bəb olan daş­qın­la­rın qar­şı­sı­nı ala bi­lər.

hid­roe­ner­ji sər­və­tin­dən az is­ti­fa­də olu­nur. Öl­kə­də 3,4 trln. kVt/s elekt­rik ener­ji­si is­teh­sal olu­nur. Ona gö­rə də Çin adam­ba­şı­na dü­şən elekt­rik ener­ji­si­nin miq­da­rı­na gö­rə dün­ya­da hə­lə çox öl­kə­lər­dən ge­ri qa­lır. Öl­kə­də ilk AES 1990-cı il­lər­də Şan­xay ya­xın­lı­ğın­da in­şa edil­miş «Tsin­şan-I» və Qu­an­dun əya­lə­tin­də Da­ya­van­dır. Bu stan­si­ya­lar üçün ava­dan­lıq Fran­sa, Bö­yük Bri­ta­ni­ya, Ya­po­ni­ya­dan id­xal olun­muş­dur.

Çi­nin ən mü­hüm sə­na­ye sa­hə­lə­rin­dən bi­ri qa­ra me­tal­­lur­gi­ya­dır. - yer­li də­mir fi­li­zi eh­ti­ya­tı və koks­­la­şan kö­mü­rə əsas­la­nır. Bu sa­hə­nin in­ki­şa­fı­na gö­rə Çin dün­ya miq­ya­sın­da se­çi­lir. Qa­ra me­tal­lur­gi­ya­da is­teh­sa­lın tə­mər­küz­­ləş­mə­si yük­sək sə­viy­yə­də­dir. Öl­kə­də is­teh­sal olu­nan po­la­dın 2/3 his­sə­si 10 mü­hüm kom­bi­na­tın pa­yı­na dü­şür. Öl­kə­də ən mü­hüm me­tal­lur­gi­ya ba­za­la­rı Şi­mal-Şərq (An­şan, Ben­si, Fu­şun, Dal­yak), Şi­mal (Pe­kin, Tyants­zin), Da­xi­li Mon­qo­lus­tan (Bao­tou), Mər­kəz­ (Uxan).




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin