Əkinçilik kənd təsərrüfatının başlıca sahəsidir. Bu sahədə taxıl bitkiləri (buğda, çəltik) üstünlük təşkil edir. Çəltik ölkənin cənubunda və Yantszı, Çjutszyan vadiləri, Sıçuan çökəkliyində suvarılan torpaqlarda becərilirsə, buğda Böyük Çin düzənliyində və Xuanxe vadisində. Çin qarğıdalı (yığımına görə dünyada ikinci yerdə) və qaolyan becərilməsinə görə də seçilən dövlətlərdən biridir. Bu məhsullar çinlilərin qidasında geniş istifadə olunmaqla yanaşı, yeyinti sənayesində xammal kimi, tullantıları heyvanlar üçün yem tədarükündə işlədilir.
Texniki bitkilərdən pambıq əkinləri üstünlük təşkil edir. Əkin sahələrinin 2/5 hissəsi pambığın payına düşür. Pambıq yığımına görə Çin dünyada liderdir. - Böyük Çin düzənliyində Xuanxe və Yantszı çaylarının vadilərində. Çin çayı növlərinin müxtəlifliyi, dadı, ətrinə görə dünyada məşhurdur. Çay kolları ölkənin cənub-şərqində dağ yamaclarında, cənubda və Xaynan adasında becərilir. Çin tütün yığımına görə dünyada aparıcı mövqe tutur. Tütün ölkənin cənubu və Şandun əyalətində becərilir. Meyvəçilik və tərəvəzçilik ölkədə ənənəvi sahədir. Çinlilərin qida rasionunda balıq və balıqçılıq məhsulları da əhəmiyyətli yer tutur.
Dostları ilə paylaş: |