Hidroqrafiya. Çində çay və göl çoxdur. Lakin su sərvətlərinin ölkənin ərazisi üzrə paylanmasında regional fərqlər vardır. Çayların əksəriyyəti şərq istiqamətində axır və Sakit okeana tökülür. Ölkənin cənub-şərq və şərqi su sərvətilə yaxşı təmin olunduğu halda, şimal-qərbdə çay şəbəkəsi seyrəkdir. ən iri çaylarıYantszı, Xuanxe, Xeyluntszyan, Çjutszyan, Lyaoxe, Xayxe, Sintszyan. Yantszı Çinin ən böyük çayıdır və Sakit okean hövzəsinə aiddir. Bu çay ilin bütün fəsillərində bolsuludur. Uzunluğuna görə ölkənin ikinci çayı Xuanxe. Axını boyu çox lil gətirən bu çay bir neçə dəfə öz yatağını dəyişmişdir. Ölkənin çayları yay mussonları dövründə suyun səviyyəsi qalxır - daşqınlarla nəticələnir. 2010-cu ilin avqust ayında baş verən güclü daşqın nəticəsində təsərrüfata və yaşayış məskənlərinə xeyli ziyan dəymişdir. Nəqliyyat cəhətdən Yantszı çayı əlverişlidir. Sintszyan, Amur, Sunqari, Yalutszyan, Xuanxe çaylarıgəmiçiliy. Çayların hamısından suvarmada istifadə olunur. Hidroenerji ehtiyatına görə Çin dünyada qabaqcıl yerdədir. Lakin bu ehtiyatların əsas hissəsinin ölkənin cənub-qərbində yerləşməsi onlardan istifadəni çətinləşdirir. Ölkədə göllər də çoxdur.-Yantszı çayının aşağı və orta axınında, şimalda Tibet yaylasındadır.