İqlim. Birləşmiş Ştatların əsas ərazisi mülayim qurşağın qərb hissəsində və subtropik qurşaqlarda yerləşir. Ölkənin şimal bölgələrinin iqlimi sərtdir. Burada ilin bütün mövsümlərində qərb küləkləri üstünlük təşkil edir. Ona görə də Atlantik okeanın yumşaldıcı təsiri yalnız ensiz sahil zolağında. Appalaç dağları Atlantik okeanının təsirinin ölkənin daxili hissələrinə daxil olmasına maneçilik törədir. Ölkənin şimalında okean üzərində yaranan soyuq və quru hava kütlələri cənuba, Missispi və Missuri çayları hövzələrinə hərəkət edir və bəzən Meksika körfəzi bölgəsinə, Florida yarımadasına qədər.
Ölkənin cənub sahilləri Meksika körfəzinin ilıq suları ilə əhatə olunmuşdur. Meksika körfəzi və Karib dənizi üzərində yaranan ilıq və rütubətli hava kütlələri Şimali Amerikanın mərkəzi hissələrinə daxil olaraq Şimal bölgəsinin iqliminə əhəmiyyətli dərəcədə təsir edir. Çünki meridian istiqamətində uzanmış dağ silsilələri tropik hava kütlələrinin ölkənin mərkəzi hissələrinə daxil olmasına şərait yaradır. Arktik və tropik hava kütlələrinin qarşılaşması, siklon fəaliyyətini fəallaşdırır. Qasırğa baş verir, güclü qar və yağış yağır, hava dəyişkən olur. siklonlarla əlaqədar burulğanlar baş verir.
Kordilyer dağ sistemi ölkənin daxili bölgələrinə Sakit okeanın təsirini məhdudlaşdırır. Qərbdə dəniz iqlimi Sakit okean sahilinin yalnız ensiz zolağı üçün xarakterikdir. Florida yarımadası və Meksika körfəzinin sahilləri isə isti və rütubətli iqlimə malikdir. Ölkənin şərqininin bütün cənub hissəsində rütubətli subtropik, Florida yarımadasının ucqar cənub hissəsində və Havay adalarında rütubətli tropik iqlim hakimdir. Alyaska yarımadası arktik, subarktik və mülayim iqlim qurşağında yerləşir.
Ölkə ərazisi üzrə şərqdən-qərbə getdikcə yağıntının miqdarı aşağı düşür. Atlantik okeanı sahillərində yağıntının miqdarı 1000-1200 mm-dən Kordilyer dağlarına yaxınlaşdıqca 450-300 mm enir. Cənub-qərbin səhralarına 100 mm qədər yağıntı düşür. Şimal-şərqdə yağıntı bol (6000 mm-ə qədər), buxarlanma azdır. Sakit okean sahilinin cənub-qərb hissəsinə yalnız qışda 300-500 mm-ə yağıntı düşür.
Dostları ilə paylaş: |