Səth quruluşu. ABŞ-ın bütün ərazisi müxtəlif relyefə malikdir. Ərazinin yarıdan çoxu dağ massivləri, yaylalar və yüksəliklər tutur. Ona görə relyefinin böyük hissəsi təsərrüfatın müxtəlif sahələrini inkişafı üçün əlverişlidir. Ölkənin mərkəzi hissəsini Daxili düzənliklər (Böyük və Mərkəzi düzənliklər) tutur. Şərqdə bu düzənliklər alçaq Appalaç dağları ilə əvəz olunur.
Ölkənin qərb hissəsi Kordilyer dağ sisitemi-şərqdə Qayalı dağlar, qərbdə Kaskad və Syerra-Nevada dağları təşkil edir. Bu dağlar arasında Böyük Şimali Amerika yaylası, Kolumbiya, Böyük Hövzə və Kolorado yaylaları yerləşir.
Kaliforniya ştatında ölkənin ən alçaq nöqtəsi Ölüm dərəsi (-86 m) yerləşir. Bu dərə qərb yarımkürəsində ən isti olan bir məntəqədir (+57 dərəcə).
Dostları ilə paylaş: |