Pambıq və şəkər qamışı -Cənub-Şərq və Şimal-Şərq rayonlarında becərilir. Çəltik ölkənin cənubunda əkilir və ixracat . banan, portağal becərilməsinə görə də dünyada qabaqcıl ölkələrdəndir.
Heyvandarlıq ətlik istiqamətindədir, təbii otlaq bazası əsasında ölkənin cənubunda və Braziliya yaylasının mərkəzi hissəsində bəslənilir. İribuynuzlu mal-qara və donuzların sayına görə Braziliya dünyada lider dövlətlərdən biridir.
Təbii sərvətlərin və aparılan iqtisadi islahatların yararlı olmasına baxmayaraq, Braziliyanın kənd və şəhərlərində ərzaq qıtlığı hələ də mövcuddur. Buğda və ət məhsullarının iri həcmdə ticarəti ilə məşğul olan fermer təsərrüfatları kəndlərdə iqtisadi fəaliyyəti zəifləyən yerli əhalinin maraqlarının qorunmasının qarşısını alır və ticarət fəaliyyətini zəiflədir. Bu meyl Braziliya kəndlərində iqtisadiyyata mənfi təsir göstərir. Lakin ölkədə fermer təsərrüfatlarının genişləndirilməsi imkanları çoxdur. Bu imkanlar əhalinin ərzaqla təminatında, icmaların həyat səviyyəsinin yüksəlməsində, gəlirlərinin artmasında mühüm rol oynaya bilər. Son illər Braziliyanın kəndlərində yerli əhali kənd yaşıl turizmindən də gəlir əldə edir.
SUAL 75. Braziliyanın iqtisadiyyatının aparıcı sahələri
Braziliya iqtisadiyyatın inkişafının ümumi həcminə görə Latın Amerikası ölkələri arasında liderdir və dünyanın inkişaf etmiş qabaqcıl 10 dövləti ilə bir sıradadır. İqtisadi potensialının zəngin olması Braziliyanı dünya iqtisadiyyatının mühüm mərkəzlərindən birinə çevirmişdir. Ölkədə inkişafa səbəb olan amillər: zəngin və müxtəlif təbii ehtiyat potensialı, kənd təsərrüfatına yararlı torpaqların bol olması, geniş və ucuz işçi qüvvəsi bazarı, iqtisadiyyatında iri dövlət sektorunun rolu və s.
İnkişafda «Braziliya modeli»nin tətbiqi ilk illərdə (1970-1980) müsbət nailiyyətlərə səbəb oldu. Lakin 1990-cı illərdə Braziliyada ictimai sektorun özəlləşməsi və müasirləşmə yolu ilə islahatlara cəlb olunması bir sıra yeni problemlərin meydana çıxmasına səbəb olmuşdu. Maliyyə çatışmazlığı, ictimai istehsalın səviyyəsinin aşağı düşməsi, xarici ticarətin dövlətin nəzarətindən çıxması və s. Bu dəyişikliklər ənənəvi və qeyri-ənənəvi kənd təsərrüfatı məhsulları ixracatının artmasında, bu məhsullara tələbatın yüksəlməsində, lakin bu məhsulların yaradılmasında iştirak etmiş insanların yaşayış tərzinin aşağı olmasında da təzahür edirdi. Ona görə də 1982-1990-cı illərdə ölkə iqtisadiyyatı iqtisadi böhrana məruz qaldı. 2000-ci illərdə iqtisadiyyatda müasirləşmə siyasətinə başladı. Hazırda o, kompyüter, silah istehsalına görə dünya bazarında qabaqcıl yerlərdən birini tutur. Maşınqayırma, elektrotexnika və elektron sənaye sahələrində yeni texnologiyalardan istifadə edir, kosmosa peyklər buraxır və s.
Dostları ilə paylaş: |