Sənaye. hasilat sənayesi yerli mineral xammal bazasına əsaslanır. Hasilat sənayesində çıxarılan müxtəlif növ filiz sərvətlərinə görə dünyada liderdir. Bu sərvətlər dəmir filizi, boksit, qalay, niobiy, alüminium- Minas-Jeras, Para, Paraiba, Amapa, Akri ştatlarında hasil edilir. Qara və əlvan metal filizlərinin emalında xarici şirkətlərin (ABŞ, Kanada, Yaponiya, Fransa, B.Britaniya və s.) rolu böyükdür.
Braziliya dünya bazarına strateji xammal (niobiy, beril, tantal, sirkon və s.) çıxaran dövlətdir. Tərkibində uran olan radioaktiv maddələr, torium hasilatı-Olinda, Penambuku, Minas-Jeras ştatlarında çıxarılır. Amazon ovalığında qızıl yataqları kəşf olunmuşdur. Qızıl çıxarılmasında ABŞ və Kanada şirkətləri iştirak edir. Ölkənin enerji balansının 1/3-i hidroenerjinin, 1/3-i neft və qazın payına düşür. İtaypu SES dünyada iri stansiyalardan biridir (12,6 mln. kVt.).-Parana üzərində yerləşir.
Ölkədə atom energetikası inkişaf edir. Anqra-dis-Reys AES Rio-de Janeyro ştatındadır. Yanacaq kimi daş kömür, şəkər qamışından alınan spirt (etanol), oduncaqdan da istifadə olunur. Neftə olan tələbatının yarısını yerli sərvəti hesabına ödəyir. İstismar olunan yataqları Cənub-Şərqdə şelf zonasındadır. Neft çıxarılması dövlətə məxsus «Petrobraz» şirkətinin əlindədir. İri müasir neft emalı zavodları Rio-de Janeyro, San-Paulu ştatlarındadır.
Dostları ilə paylaş: |