Coğrafi mövqe. CAR Afrika materikinin cənubunda yerləşməklə, geniş əraziyə (1,2 mln kv.km) malikdir. Şimal – şərqdə Mozambik və Svazilend, şimalda Botsvana və Zimbabve, şimal – qərbdə Namibiya ilə həmsərhəddir. Cənub-şərq ərazisində yerləşmiş Lesoto Krallığı anklav dövlətdir.
Ölkənin cənub sərhəddi 3 min km məsafədə Atlantik və Hind okeanının suları ilə əhatələnmişdir. Ölkənin strateji və coğrafi mövqeyi çox əlverişlidir. O, beynəlxalq əhəmiyyətli nəqliyyat yolları üzərində yerləşdiyindən Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrini Avropa ilə əlaqələndirən dəniz yolları onun sahillərindən keçir.
Dostları ilə paylaş: |