Etnik qruplar ətraf bölgələrdə yaşayır.-bretanlı, elzaslı, flamandlı, korsikalı, basklar, katalonlar. Bretanlılar kelt dil qrupu-Bretan yarımadasının qərb əyalətlərində; alman dilinin yerli ləhcəsi elzaslılar Elzas və Lotaringiyada; holland dilinə yaxın dildə flamandlılar Belçika ilə sərhəddə; italyan dilinə yaxın dildə danışan korsikalılar Korsika adasında, Katalonlar və basklar Pireneyin ətəklərində məskunlaşmışlar. Etnik qruplar fransız dilində təhsil alır və fəaliyyətlərində istifadə edirlər.
əhali sürətlə artır-dövlətin doğumu artırmaq istiqamətində apardığı demoqrafik siyasət, immiqrasiyadır. Fransada 5 mln. immiqrant yaşayır-Şimali Afrika ölkələri, Fransanın keçmiş müstəmləkələrindən gələnlər, portuqaliyalılar, italyan və türklər. Ölkədə təbii artım 0,45%-dir. Orta ömür müddəti 82,9 ildir. ÜDM-un 30%-dən çoxu sosial sektora sərf olunur.
Ən mühüm sosial problem işsizlikdir. İşsizlik səviyyəsi 9% (2018). 2010-cu ilin oktyabr ayında hökumətin təqaüd yaşının uzadılması (62 yaş) haqda sərəncamının kütləvi etirazlara səbəb olması da işsizliyin aradan qaldırılmasında maneə kimi izah olunur. Fransa əhalisinin 90%-i katoliklərdir.
Dostları ilə paylaş: |