orta sıxlıq hər kv. km-də 119,1 nəfərdir. Ən sıx əhali Pireney, Alpın cənub yamaclarında, Mərkəzi massivdə cəmlənmişdir. Əhalisinin 3/4-ü şəhərlərdə yaşayır.
SUAL 12. Fransanın kənd təsərrüfatı və onun sahələri
Kənd təsərrüfatı. Fransa aqrosənaye kompleksinin inkişafına görə dünyada aparıcı mövqe tutur. Ölkənin kənd təsərrüfatında cəmi 1 mln əhali çalışır. ət, süd, taxıl, şəkər çuğunduru istehsalına görə Qərbi Avropada 1-ci, pendir istehsalına görə dünyada 2-ci, üzüm yetişdirilməsinə görə Avropada 2-ci (İtaliya) yerdədir. Fransanın Aralıq dənizi sahilləri meyvəçiliyin-şaftalı, ərik, badam, zeytun, sitrus meyvələri. Aqrar bölmələrdə kiçik və orta təsərrüfatlarda iri əmtəlik müəssisələr hakim mövqe tutur. Fransa kənd təsərrüfat məhsulları istehsalına görə dünyada 3-cü (ABŞ Kanada), Qərbi Aropada 1-ci yerdədir.
Kənd təsərrüfatı məhsullarının yarıdan çoxu heyvandarlığın payına düşür. iri buynuzlu mal-qara bəslənilir və o, mal-qaranın sayına görə Qərbi Avropada 1-ci yerdədir. İri buynuzlu mal-qara ölkənin təbii otlaqlar olan şimal-qərbində, Mərkəzi Massivdə saxlanılır. Heyvandarlıq intensiv inkişaf etdirilir, südlük-ətlik istiqamətindədir. Bu sahədə kərə yağı, mal əti, pendir, süd istehsalı inkişaf etmişdir.
Dostları ilə paylaş: |