Tərəvəz və bostan bitkiləri geniş miqyasda becərilir. Bitkiçilik şimalda, Padan ovalığında intensiv inkişaf etdirilir. İtaliyada gülçülük inkişaf etmişdir. Ölkədə həm dekorativ, həm də sənaye əhəmiyyətli güllər becərilir. Efir yağlı və dekorativ bitkilər ölkənin bütün əyalətlərində becərilir.
heyvandarlığın rolu tədricən artır. Ətlik və südlük istiqamətində heyvandarlıq ölkənin şimalında saxlanılır. Digər rayonlarda ekstensiv istiqamətdə xırda buynuzlu mal-qara bəslənilir. Bir sıra heyvandarlıq məhsulları və yem idxal olunur.
SUAL 17. İtaliyanın iqtisadiyyatının aparıcı sahələri
İtaliya yüksək iqtisadi göstəricilərə görə «Böyük yeddilərə» daxildir. Faydalı sərvətlərin məhdud olduğu şəraitdə ölkə təsərrüfatında ixtisaslı işçi qüvvəsinin olması, nisbətən az xammal və yanacaq tələb edən sahələrdə istehlak və ixracat əhəmiyyətli məhsullar istehsal olunur. Ona görə də ölkə iqtisadiyyatı üçün ölkənin xarici iqtisadi əlaqələri böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |