iqtisadiyyatının mühüm xüsusiyyəti təsərrüfatın nizamlanması və stimullaşdırılmasında dövlətin fəal rol oynamasıdır. İqtisadiyyata dövlət tərəfindən təsirin forma və xarakteri sosial-siyasi amillərlə müəyyən olunur. Bunlardan biri intensiv inkişaf edən şimalla geri qalmış cənub bölgələri arasında sosial-iqtisadi həyatda kəskin hiss olunan regional fərqlərdir. Regionun digər ölkələri ilə müqayisədə ölkənin təsərrüfatında dövlətin rolu, «gizli iqtisadiyyatın» miqyası çox böyükdür. Dövlət tərəfindən nəzarət olunan nəhəng holdinqlər ölkənin iqtisadi həyatında mühüm mövqeyə malikdirlər. Qara metallurgiya, maşınqayırma, nəqliyyat və rabitə sahəsində, kredit-bank əməliyyatlarında sənaye yenidənqurma İnstitutu fəaliyyət göstərir. Mühüm banklar, dəmir və avtomobil yolları, aviaşirkətlər və s. dövlətə məxsusdur.
İqtisadiyyatda və siyasətin mühüm sahələrində xüsusi kapitalın rolu böyükdür. Ölkədə «FİAT» (avtomobil və nəqliyyat vasitələri istehsalı), «Montedison» (kimya və elektrotexnika), «Olivetti» (idarə avadanlığı), «Perilli» (rezin-texniki avadanlıq) dünyada məşhur şirkətlərdir. Kiçik və orta müəssisələr üstünlük təşkil edir. Ölkə iqtisadiyyatının beynəlxalq coğrafi əmək bölgüsünün ixtisaslaşmasına Aİ ölkələrinin təsiri böyükdür.
Dostları ilə paylaş: |