Təbii sərvətləri. Metal filizləri ilə zəngin, mineral yanacaqla zəif təmin olunmuşdur. Dəmir filiz ehtiyatına görə Avropa Rusiya və Ukraynadan geri qalır. Digər sərvətlərdən əlvan nadir metallar mis,sink,qurğuşun,qızıl, gümüş və s. ehtiyatları var.
İqlimi. Ölkə Atlantik okeanından gələn ilıq, rütubətli, Arktika Avrasiyanın şimalından daxil olan soyuq, quru hava kütləsinin təsiri altındadır. Şm-la cənub arasında iqlim fərqi böyükdür. Şimali subarktik uzun sürən şaxtalar qışı və qısa sərin yayı ilə səciyyələnir. Mərkəzi kontinental tipli iqlim hakimdir. Yağıntıların illik miqdarı 400-600 mm. Cənubda dəniz tipli yumşaq rütübətli iqlim üstünlük təşkil edir. Qışı mülayim qısa, yay serin keçir. Yağıntıların miqdarı 700-900 mm. Cənubun Orta İsveçin Böyük hissəsinin iqlim şəraiti əkinçilik üçün əlverişlidir. Relyefi və iqlimi sıx çay şəbəkəsinin və göllərin yaranmasına şərait yaradır. Çaylar astanalı şəlaləli hidroenerji ehtiyatlarına malikdir. Hidroenerji ehtiyatlarına görə Avropada Norveçdən geri qalır. Ölkə ərazisinin yarıdan çoxu (23 mln.hek) meşə ilə örtülüdür. Qərbi Avropada birincidir. 12 milli park, 900-ə qədər qoruğu var.