|
|
səhifə | 175/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Torpaq-bitki örtüyü. Ölkənin şimalından cənubuna doğru ardıcıl olaraq podzol torpaqlar ,qonur, meşə, sarı və qırmızı torpaqlarla əvəz olunur. Cənubda laterit torpaqlar, şimal-qərbdə şabalıdı, boz, qonur torpaqlar ,Şimal-qərbin yüksək ərazilərində dağ tipi mövcuddur. Böyük Çin düzənliyində allüvial, Sunlyao düzənliyinin qara, Şimal-Şərqin şabalıdı torpaqları kənd təsərrüfatı üçün mühüm əhəmiyyətə malikdir.
Ölkənin landşaftının müxtəlifliyi və antropogen təsir bitki örtüyünün formalaşmasında özünü göstərir. Böyük Çin düzənliyində antropogen landşaft mövcuddur. Çində meşələr azdır. Ölkə ərazisinin yalnız 1%-i meşələrlə örtülüdür. Yantszı çayından şimal şərqində enliyarpaqlı meşələr, qərbində çöl və yarımsəhra bitki örtüyü yayılmışdır.
Yantszı çayından cənubda subtropik zonanın bitki örtüyü üstünlük təşkil edir. Subtropik meşələr 1500 m-dək yayılmışdır. Cənubi Çin dənizi sahili boyunca mövsümi tropik meşələr, həmişəyaşıl rütubətli meşələr dağlarda, Myanma ilə sərhəddə və Xaynan adasında yayılmışdır. Ölkənin qərbində səhra və yarımsəhra landşaftı Tibet yaylasının yüksək dağlıq bitki örtüyü ilə əvəz olunur.
Ölkənin meşə ehtiyatı şimal-şərqdə (iynəyarpaqlı meşələr), cənub-şərqdə (tropik və subtropik meşələr) yayılmışdır. Meşələrdə təsərrüfat əhəmiyyətli qiymətli ağac növləri vardır. Ətraf mühitin aktual problemləri: havanın çirklənməsi (istixana qazları, kükürd dioksidi), daş kömürdən geniş istifadə turşulu yağışların yağmasına səbəb olur. Ölkənin şimalında su ehtiyatlarının çatışmazlığı hiss olunur; meşəsizləşmə, torpaqların eroziyaya uğraması nəticəsində əkinçiliyə yararlı sahələrin azalması; nəsli kəsilməkdə olan heyvan növlərinin ticarəti və s. bu problemlərdəndir.
Dostları ilə paylaş: |
|
|