Ölkənin coğrafi mövqeyinin xüs- Atlantik okeanı ilə Aralıq dənizi arasında yerləşməsi; iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə qonşu olması; Afrikanın məqrib (qərb) ölkələrinə yaxınlığı; Belçika və İsveçrənin fransız dilli əhalisinin yaşadığı bölgələrlə həmsərhəd olması; sualtı La – Manş tuneli vasitəsilə Böyük Britaniya ilə qonşuluq əlaqələrinin olması və s. aiddir.
Səth quruluşu. Ölkə ərazisində 3 təbii-coğrafi bölgə ayrılır. Ölkənin cənub-şərq və cənub-qərb sərhəddi boyunca Alp və Pireney, Yura dağları uzanır. Ölkənin mərkəz və şərq bölgəsində çox parçalanmış orta hündürlüklü dağlar və yüksəkliklər yerləşir. Şimalda və qərbdə ovalıqlar tutur. Ovalıqlar Belçika sərhəddindən Pireney dağlarınadək uzanır-ən böyüyü Şimali Fransa və ya Paris hövzəsi ovalıqdır.
Ölkənin cənub-qərbdə Mərkəzi Fransa massivi ilə Pireney arasında yerləşən Akvitandır. Bu ovalıq cənub-şərqdə Aralıq dənizi sahilində Lanqedok ovalığı ilə qovuşur. Fransa Alplarının hündürlüyü 4000 m-dən yüksəkdir. İtaliya ilə sərhəddində Monblan dağı (4807 m ) Fransada, həm də Avropada ən yüksək zirvədir. Alp dağlarının ecazkar təbiəti, infrastruktur tikililəri turizm- rekreasiya cəhətdən əhəmiyyətlidir. Yura dağlarının hündürlüyü 1700 m - ə çatır və Rona çayı dərəsinə doğru enir. Fransanın şimal-şərqində Vogez dağ sistemi uzanır. Pireney dağlarının şimal yamacları Fransadadır.
Dostları ilə paylaş: |