İdarəolunma forması. Fransa unitar respublikadır. Dövlətin və icraedici hakimiyyətin başçısı prezident- ümumi səsvermə yolu ilə 7 il müddətinə seçilir. 1958-ci ildən fəaliyyətdə olan konstitusiyada prezidentə geniş hüquqlar-baş naziri və hökumətin üzvlərini təyin edir . Prezident nazirlər sovetinin sədri, hərbi qüvvələrin baş komandanıdır. Onun Milli Məclisi buraxmaq və geri çağırmaq hüququ vardır. Qanunverici orqan 2 palatadan (Milli Məclis və Senat) ibarət olan parlamentdir.
Mühüm siyasi partiyaları- Fransa Sosialist Partiyası, Fransa Kommunist Partiyası, Respublika Tərəfdarları Birliyi.
İnzibati cəhətdən 95 departament və Korsika adasından ibarətdir. Fransanın tərkibinə 4 dənizaşırı departament-Qvadelupa, Qviana, Martinika və Reyunyon, 4 dənizaşırı ərazi-Yeni Kaledoniya, Fransa Polineziyası, Uollis və Futuna adaları .xüsusi ərazi vahidləri-Mayotta, Sen-Pyer, Mikelon adaları.
Fransa mühüm beynəlxalq və regional təşkilatların üzvüdür. Fəal müstəqil xarici siyasət həyata keçirməsi -xarici siyasət konsepsiyasının əsası. Avropada inteqrasiya proseslərinin dərinləşməsi, dünyada Qərbi Avropa güc mərkəzinin yaradılması, regional münaqişələrin sülh yolu ilə nizama salınmasında iştirak edir. AR ilə diplomatik əlaqələri 1992-ci ilin 21 fevralında yaradılmışdır. ölkə+nin paytaxtlarında səfirliklər fəaliyyət göstərir.
Dostları ilə paylaş: |