Coğrafi mövqe. Türkiyə iki qitədə: Avropa və Asiyada yerləşir. Türkiyənin Avropa hissəsi Şərqi Frakiya və ya Rumeli, Asiya hissəsi Anadolu adlanır. Ərazisinin 3 %-i (23,7 min kv.km) Avropadadır.Sahəsi 357 min kv km
Avropa və Asiya hissələrini bir-birindən Bosfor və Dardanel boğazları, Qara dəniz, Aralıq dənizi və Dünya okeanı ilə əlaqələndirən Egey dənizi ayırır.
Türkiyə ərazisi qərbdən-şərqə 1600 km, şimaldan-cənuba 600 km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 2753 km-dir. şimal-qərbdə Bolqarıstan ,Yunanıstan, şimal-şərqdə Gürcüstan, Ermənistan, şərqdə İran, cənubda Suriya, İraq ilə həmsərhəddir. Türkiyə-Azərbaycan sərhəddinin uzunluğu 18 km-dir.
Türkiyə şimaldan Qara, qərbdən Egey, cənubdan Aralıq dənizləri ilə əhatə olunmuşdur. Dəniz sahillərinin uzunluğu 8333 km-dir. (6 dəniz mili )
Qara dəniz boğazlarından gəmilərin keçmə rejimi 1936-cı ilin iyununda İsveçrənin Montre şəhərində beynəlxalq konfransın qərarına əsasən tənzimlənir.