SUALLAR
A
VARİANTI
1.
Səhabə kimlərə deyilir?
A. Allah Rəsulunu (s.ə.s) görüb az da olsa söhbətində iştirak edən, Onu dinləyən və bu əhdi-peymanla
dünyadan köçən möminlərdir
B. Allah Rəsulunu (s.ə.s) görmədən ona inanıb və müsəlman kimi dünyadan köçən möminlər
C. Allah Rəsulunun (s.ə.s) yanında bir müddət qalıb, döyüşlərdə şəhid olan müsəlmanlar
D. Allah Rəsulunu (s.ə.s) görüb, söhbətlərində olmayan möminlər
2.
Səhabələr İslama giriş tarixi və göstərdikləri fədakarlığa görə fərqli təbəqələrə ayrılır. Hakim ən-
Nişapuri səhabələri neçə təbəqəyə ayrır?
A. 13 B. 6 C. 11 D.12
3.
Allah-Təala rəhməti gərəyi inanan insanları heç bir zaman başı boş buraxmır. Bəzən nəbi, bəzən də vəli
onlara başçılıq edir. Bu mənada nəbi ilə vəlinin fərqli yönü vardır. Vəlinin nəbidən fərqini əsas götürsək hansı
cavab doğrudur.
I. Allah tərəfindən seçilir
II. fərdi qabiliyyətlərin inkişafı ilə Allaha yaxınlaşır
III. bəzi vəlilər xüsusi qabiləyətləri ilə bəzi nəbilərdən üstün ola bilər
IV. vəhy alır
V. möcüzə göstərir
VI. kəramət göstərir
VII. kişilərdən olur və qadınlardan da
A. II, III, VII B. I, II, V C. I, IV, VI D. II,VI,VII
4.
Allaha-Təala Peyğəmbərimizə (s.ə.s) hansı səhabənin adını bildirərək “Beyinnə” surəsini oxunmağı əmr
etmişdir?
A. Abdullah ibn Kabb B. Übeyy ibn Kabb C. Ubeyd ibn Zeyd D. Abbad ibn Qeys
5.
Məsciddə yatıb qalmışdı. Allah Rəsulu ayağı ilə toxunaraq oyandırdı və necə sabahladığını soruşdu. O
da, gündüz oruc tutduğunu, gecə də namaz qılaraq ibadət etdiyini və imanın kamını almış kimi oyandığını
bildirdi. Haqqında bu hadisədən başqa çox şey bilmədiyimiz bu sahabə kimdir?
A. Haris ibn Numan B. Haris ibn Malik C. Haris ibn Sımmə D. Haris ibn Ənəs
6.
Fəth surəsindəki “Onların əlaməti üzlərində olan səcdə izidir...” ayəsi ilə müqəddəs kitablardan biri
sahabələrin bu vəsfini ortaya qoyur. Həmin vəsfin bildirildiyi kitab hansıdır?
A. İncil B. Tövrat C. Zəbur D. Süleymanın məsəlləri
7.
Hicrətdən sonra mühacirlərin Mədinədə yurd-yuva salması, cəmiyyətdə özlərinə mövqe tutmaları üçün
Allah Rəsulu tərəfindən ənsar və mühacir arasında qardaşlıq təsis edilmişdi. Bu qardaşlıq dastanın ən yadda
qalan obrazlarından biri də bu hadisədir. Mənəvi qardaşını evinə apararaq iki xanımını göstərir və: "Bax,
qardaşım, sən hicrət etməklə böyük fədakarlıq göstərmisən. Bu iki xanımımdan hansını istəyirsən, boşayım,
iddətini gözləsin, sonra da onunla evlən," – deyir. Mühacirlərdən olan səhabə də: “Qardaşım, Allah
zövcələrini sənə xeyirli eləsin. Sən mənə bir kəndir ver və bazarın yolunu göstər” – cavabını verir. Bu hadisə
hansı səhabələr arasında baş vermişdir?
A. Sad ibn Muaz-Talha ibn Ubeydullah B. Sad ibn Rəbi-Abdurrahman ibn Avf
C. Sad ibn Zeyd-Əbu Ubeydə ibn Cərrah D. Sad ibn Übey-Osman ibn Affan
8.
Səhabələrdən bir şəxs aclıqdan əziyyət çəkdiyi üçün Allah Rəsuluna müraciət edir. Bunu eşidincə
.................... həmin sahabəni evinə qonaq aparır. Uşaqlarını ac yatızdıraraq onların yeməyini gecənin
qaranlığında qonağına ikram edir. Səhər açılınca Allah Rəsulu namazdan sonra "Bu gecə nə etdiniz ki,
haqqınızda ayə nazil oldu", (Həşr, 59/9) – deyir. Bu şanlı səhabə kimdir? Səhabələr təxəllüsləri ilə birlikdə
qeyd olunub.
A. Əbu Hannə Malik ibn Amr B. Əbu Talha Zeyd bin Səhl
C. Əbu Dücanə Simak ibn Xaraşə D. Əbul Heysəm Malik ibn Teyyihan
9.
Bir hədisdə Əfəndimiz (s.ə.s): “......... haqqında xoşagəlməz sözlər söyləməyin! Əgər birinizin Uhud dağı
qədər qızılı olsa və bunun hamısını Allah yolunda versə, bu, onların Allah yolunda verdiyi bir-iki ovuc mala,
hətta onun yarısına belə çata bilməz.”
Boşluğa uyğun gələn kəlməni tapın.
A. Ənsar B. Mühacirlər C. Əhli-beytim D. Səhabələr
10.
Allah Rəsulundan (s.ə.s) çox hədis rəvayət edən səhabələrə “muksirun” deyilir? Aşağıdakılardan hansı
muksirundan deyil?
A. Əbu Hüreyrə B. Abdullah ibn Abbas
C. Abdullah ibn Zübeyr D. Cabir ibn Abdullah
11.
Bir gün: “Allahım, mənə elə bir elm nəsib et ki, heç unutmayım! – deyə dua edir. Allah Rəsulu bu duanı
eşidir və ucadan: "Allahım, amin!" – deyir. Duasına “amin” deyilən sahabə kimdir?
A. Əbu Hüreyrə C. Abdullah ibn Ömər
B. Abdullah ibn Abbas D. Kabul-Əxbar
12.
Bəzilərinin iddia etdiklərinin əksinə səhabə dövründən etibarən hədislər yazılmağa başlamışdır.
................................ Əbu Hüreyrədən nəql elədiyi hədisləri bir kitabda toplamışdı. Daha sonrakı dövürlərdə
səhih olduğu üçün rəvayət etdiyi bütün hədislər eynilə "Kütubu-Sittə"də də yer almışdır. Bu gün aparılan
radio-karbon təhlili də bu kitabın ona aid olduğunu təsdiq edir. Bu əsər hədis alimlərindən kimə məxsusdur?
A. İbn Şihab əz-Zühri B. Həmmam ibn Münəbbih
C. İbn Əbi Şeybə D. İbn Hibban
13.
Mədain əhalisi vali haqqında: "Namazı tədili-ərkana riayət etmədən qıldırır" deyə şikayət edir. Şikayət
üzərinə Hz. Ömər (r.a) İranın fəthində müstəsna xidmətləri olan bu böyük səhabəni sorğu-suala çəkir. Bu
hadisədən kövrələrək: "Bunu mənə kimlər deyir?" deyib baykot illərində çəkdikləri əzab-əziyyəti danışmağa
vadar olan səhabə kimdir?
A. Əbu Hüreyrə B. Sad ibn Əbi Vaqqas C. Ümeyr ibn Sad D. Əbu Musa əl-Əşari
14.
Hələ yaşadığı dövrdə hədisləri düzgün rəvayət edib-etmədiyi Mərvan tərəfindən yoxlanılmışdır. Öz
katibinə gizlicə tapşırıq verərək onun nəql elədiyi yüzlərlə hədisi yazdırmış və təxminən bir il sonra həmin
hədisləri rəvayət etməyi istənilmişdi. O da, "Bismillah” deyib sözbəsöz yazılan hədisləri təkrar etmişdi. Çox
hədis rəvayət edilən səhabələrdən olub, İslam düşmənləri tərəfindən dinimizi əsas qaynaqlarından biri olan
Sünnə qalasının dağıtmaq üçün tənqid olunan bu səhabə kimdir?
A. Abdullah ibn Ömər B. Abdullah ibn Abbas C. Hz. Aişə D. Əbu Hureyrə Abdurrahman ibn Sahr
15.
Amr ibn Rəbiənin səksən beytlik şeirini bir dəfə oxumaqla əzbərləmişdi. Güclü hafizə və zəkaya sahib
idi. Quranın ruhunu çox yaxşı anladığı üçün “hibrul-ümmə” olaraq tanınırdı. Hz. Ömərin (r.a) məşvərət
məclisinə yaşının az olmasına baxmayaraq daxil edilən bu gənc alim kimdir?
A. Abdullah ibn Amr B. Həsən Əl-Bəsri C. Abdullah ibn Abbas D. Sad ibn Müsəyyəb
16.
Hz. Ömərin (r.a) doqquz oğlu olmuşdur. "İbn Ömər" (mənası Ömərin oğlu deməkdir) deyildikdə birinci
həmin oğlu ağla gəlir. O kimdir?
A. Asim B. Abdurrahman C. Zeyd D. Abdullah
17.
Yaşı az olduğu üçün İkinci Əqabə beyəti də daxil olmaqla, Bədir və Uhud müharibələrinə iştirak etməyə
atası tərəfindən icazə verilməmişdi. Öz şücaətini ancaq Xəndək döyüşündə göstərə bilmişdir. Muksirun (ən
çox hədis rəvayət edən səhabələr) arasında adı çəkilən bu səhabə kimdir?
A. Abdullah ibn Ömər B. Übeydullah ibn Vaqqas
C. Cabir ibn Abdullah D. Üseyd ibn Xudayr
18.
"Kim Qurani-Kərimi yer üzünə nazil olduğu kimi oxumaq istəyirsə, İbn Ümmi-Abdın qiraəti ilə oxusun"
deyərək Allah Rəsulunun (s.ə.s) təltif etdiyi sahabə kimdir.
A. Zeyd İbn Sabit B. Əbu Musa əl-Əşari C. Abdullah ibn Məsud D. Übeyy ibn Kab
19.
Kufə şəhəri Hz. Ömərin xilafəti zamanında salınmışdı. Şəhərdə dinin incəliklərini bilən bir nəsil
yetişdirmək üçün xəlifə tərəfindən o seçilmişdi. Onu yola salarkən kufəlilərə yazdığı məktubda onun qədrini
bilmələri üçün: "Ey Kufəlilər! Əgər sizi nəfsimdən üstün tutmasaydım, onu yanınıza göndərməzdim." -dediyi
səhabə kimdir.
A. Sad ibn əbi Vəqqas B. Ammar ibn Yasir C. Abdullah ibn Məsud D. Muaz ibn Cəbəl
20.
Həccac Zalimin əsgərləri tərəfindən həbs edilir. Gecə yolları qaranlıq meşədən keçir. Vəhşi
heyvanlardan qorxduğu üçün bir monastıra sığınırlar. O isə “bu son gecəmdir” deyib bayırda səhərə qədərə
ibadət etmək üçün icazə istəyir. Qaçdığı təqdirdə yırtıcı heyvanlar parçalayar deyərək icazə verirlər.
Monastırın pəncərəsindən onu müşahidə edən əsgərlər ona tərəf gələn vəhşi heyvanların yaxınlaşanda
"quzuya dönüb" ətrafında pərvanə kimi dolandığını görərək təəccüblənirlər. Qulluqda zirvələşən, əməvi
zülmünə boyun əyməyən bu məşhur İslam alimi kimdir?
A. Said ibn Müsəyyəb B. Abdullah ibn Zübeyr
C. Məsruq ibn əl-Əcda D. Said ibn Cübeyr
21.
Hicri 15-ci ildə dünyaya gəlmiş, Hz. Ömər dövründən etibarən həyatda qalan çox sayda səhabəni görən,
rəvayət etdiyi hədisləri daha yaxşı öyrənmək və daha yaxın olmaq üçün Əbu Hüreyrəyə (r.a.) kürəkən olmuş
məşhur tabeun alimi kimdir?
A. Səid ib Müsəyyəb B. Said ibn Cübeyr C. Qatadə ibn Diamə D. Tavus ibn Keysan
22.
Küfədə Nəxai ailəsinin layiqli təmsiçisi olub, oturuşu-duruşu və davranışları ilə müəlliminə, mürşidinə
ən çox oxşayan insan kimi tanınırdı. Allah Rəsulu ona mürşidlik edən səhabə üçün: "Quranı ibn Ümmi-
Abddan dinləyin!" – buyurmuşdu. Müəllimi isə çox vaxt tələbəsini nəzərə verərək : "Çağırın ......., mənə
Quran oxusun!" – deyərdi. Hənəfi fiqh məktəbinin qurucularıdan və tabeun dövrünün məşhur alimlərdən olan
şəxs kimdir?
A. Əsvəd ibn Yəzid Ən-Nəxai B. Əlqamə İbn Qeys ən-Nəxai
C. Amr ibn Şurahbil D. İbrahim ən-Nəxayi
23.
Yaşlı vaxtlarında qanqren olan ayağı kəsilir. Ayağı kəsiləndə "Of" belə demir. Qısa bir müddət sonra
dörd oğlundan biri də tövlədə atın təpik vurması ilə vəfat edir. Böyük imam Kəbənin qarşısında əllərini
qaldırır belə dua edir: “Allahım! Sən mənə iki əl, iki ayaq olmaqla dörd üzv və dörd övlad verdin. Sənin
lütfün nə qədər genişdir ki, bunlardan üçünü mənə saxlayıb təkcə birini aldın. Sənə minlərlə həmd olsun, ey
Rəbbim!" Hz. Aişənin (r.anha) hədislərini bizə nəql edən tabeunun böyük alimi kimdir?
A. Ürvə ibn Zübeyr C. Abdullah ibn Zübeyr
B. Übeydə ibn Zübeyr D. Amr ibn Zübeyr
24.
Səkkiz gündə hafiz olur. 17-18 yaşlarında müəllim və müctəhid kürsüsünə oturur. "Allahın əmanət
olaraq qəlbimə qoyduğu heç bir şeyə xəyanət etməmişəm" sözləri ona aiddir. “Hədis öyrənmək üçün qırx beş
ilimi Hicazla Şam arasında səfərlərdə keçirdim". O, Ömər ibn Əbdüləzizin əmr və tövsiyələri ilə ilk dəfə
rəsmi şəkildə hədisi tədvin etməyə (yazılı şəkildə toplamaq) başlayır. Hicri birinci əsrin sonlarında yaşamış,
hədis dedikdə ilk ağla gələnlərdən olan tabeunun böyük alimi kimdir?
A. İbn Şihab Əz-Zühri B. İbrahim Ən-Nəxai C. Süfyan ibn Üyeynə D. Həsən əl-Bəsri
25.
Seyyiatın (günahların) insanın daxilində narahatlıq yaratması nəyə bağlıdır?
A.
Daxilində həya hissini daşımasına
B.
İçində qəlb və hiss daşımasına
C.
İçində təqva duyğusunun olmasına
D.
İhsan şüurunun inkişafına
26.
Əbu Hüreyrə (r.a) Allah Rəsulundan (s.ə.s) namazı nə üçün oturaraq qıldığını soruşduqda Allah Rəsulu
hansı səbəbi söyləyir?
A.
Namaz qılmaqdan ayaqlarının şişməsi
B.
Artıq yaşlandığını
C.
Ac olduğunu
D.
Ümmətinə təlim üçün
27.
Allah Rəsulunu Merac kimi ülvi məqamlara yüksəldən əsas amil nədir?
A.
Ulul azim peyğəmbərlərindən olması səbəbilə
B.
Qulluğunun səmərəsi olaraq
C.
Son peyğəmbər olduğu üçün
D.
Müşrikləri susduracaq bir möcüzə olsun deyə
28.
Əxlaqi mülahizələrdə cəsədin zəkatı nə olaraq ifadə olunur?
A.
Pəhriz saxlamaq
B.
Təhəccüdə qalxmaq
C.
Allah yolunda cihad etmək
D.
Az danışıb az gülmək
29.
"(Ey Rəsulum!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda
sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər)."
Ayədə söhbət kimdən gedir?
A.
Müşriklərdən bəziləri
B.
Kamil əxlaq sahiblərindən
C.
Münafiqlərdən
D.
Kafirlərdən
30.
Hoca Əfəndi Kəsrət (çoxluq) Aləmi deyərkən nəyi nəzərdə tutur?
A.
Ana bətnini
B.
Dünya həyatını
C.
Bərzax həyatını
D.
Axirət həyatını
31.
Evində oturduğu zaman evinə bir qadın gəlir və ona əxlaqsızlıq təklif edir. Tabeun imamlarıdan olan bu
şəxs qadının təklifi qarşısında ağlayır və “Görəsən bu qadın məndə hansı əksikliyi görüb ki, məni bu çirkin
əmələ dəvət edir” deyir. Sözügedən bu mübarək şəxs kimdir.?
A.
Tavus ibn Keysan C. Ürvə ibn Zübeyr
B.
Məhəmməd ibn Şirin D. Ata ibn Yasar
32.
Üqbə ibn Amir “Ya Rəsulallah qurtuluş nədədir?” dedikdə Allah Rəsulunun (səs) verdiyi üç tövsiyə
hansıdır?
A.
Doğru danış, az yemək ye və çox tövbə et.
B.
Yemək yedir, qonşuna yaxşı davran, ya xeyir söylə yaxud sus!
C.
Əlinə, dilinə və belinə hakim ol!
D.
Dilinə hakim ol, evini geniş tut və xətalarına ağla
33.
Boş və mənasız sözlər danışmamaq üçün ağzına daş qoyduğu söylənilən Raşid xəlifə kimdir?
A.
Əbu Bəkir (r.a)
B.
Ömər (r.a)
C.
Osman (r.a)
D.
Əli (r.a)
34.
................................ tərk etmək İslamının gözəlliyindəndir. Hədisi tamamlayın.
A.
Yalan danışmağı
B.
Füzuli (mənasız, faydasız) şeyləri
C.
Münaqişəni
D.
Çox danışmağı
35.
Quran ayəsində cəhənnəmliklərə “sizi Sakar cəhənnəminə sövq edən şey nədir?” sualına hansı
cəhənnəmliklərin verdiyi cavab deyil?
A.
Namaz qılmırdıq
B.
Kasıbları doyurmurduq
C.
Bütpərəstlərlə oturub-dururduq
D.
Riyakarlıq edirdik
36.
Cənabı Allah Musa (ə.s) və qardaşı Harunu (ə.s) azğın Fironun yanına göndərərkən onunla necə
davranmağı əmr edir?
A.
Qorxmadan danışmaq.
B.
Dik durararaq yüksək səslə danışmaq.
C.
Yumşaq və xoş bir dillə danışmaq.
D.
Təfsilatlı şəkildə və izah edərək danışmaq.
37.
“Mömini söymək ................... mömini öldürmək ....................” Hədisdəki boşluğu tamamlayın?
A.
Fasiqlik, küfrdür
B.
Küfr, fasiqlikdir
C.
Dəlalət, küfrdür
D.
Fasiqlik, dəlalətdir.
38.
Hansı variant Sıratı-müstəqimdən ayrılmağı (uzaqlaşmağı) tam ifadə edir?
A.
İfrat və azğınlıq
B.
Təfrit
C.
İfrat və təfrit
D.
Dəlalət və ifrat
39.
Doğu danışmağım qurtuluşuma vəsilə oldu deyən səhabə kimdir?
A. Hz. Ənəs ibn Malik (r.a)
B. Hz. Kab ibn Malik (r.a)
C. Hz. Hüzeyfə (r.a)
D. Hz. Xalid İbn Vəlid (r.a)
40.
Aşağıdakılardan hansı hədisdir?
A.
Mən adil bir hökümdar zamanında doğulmuşam.
B.
Elm Çində belə olsa elm öyrənməyə gedin.
C.
Gözəl üzə baxmaq ibadətdir.
D.
Bu üç məsciddən başqa heç bir məscid üçün yol və səfər məşəqqətlərinə qatlanaraq səfərə çıxmazlar.
Onlar Məscidi-Haram, Məscidi-Nəbəvi və Məscidi-Əqsadır.
41.
Hansı səhabə Allah Rəsulunun (s.ə.s) “Sən ibranicə öyrən” əmrindən sonra 15-20 gün ərzində məktub
yazıb tərcümə edəcək qədər bu dili öyrəndi?
A.
İbn Abbas (r.a)
B.
Əbu Hüreyrə (r.a)
C.
Zeyd ibn Sabit (r.a)
D.
Ənəs İbn Malik (r.a)
42.
Cəvamiul-kəlim nə deməkdir?
A.
Ucadan danışmaq
B.
Fikrini ətraflı izah etmək
C.
Az sözlə çox mənanı ifadə etmək
D.
Nitq söylədikdən sonra onu bir neçə kəlmə ilə xülasə etmək
43.
Yüz hədisin sənədi qarışdıralaq imtahan edilən və yüzüncü hədisin sonunda: “Birinci hədisdə filankəsin
yerinə filankəsi qoymusunuz” deyə cavab verib imtahan edən on alimi təəccübləndirən hədis alimi kimdir?
A.
İmam Müslim
B.
İmam Tirmizi
C.
İmam Buxari
D.
Əbu Davud
44.
Hədislər kimin dövründə tədvin edilmişdir?
A.
Hz. Ömər
B.
Hz. Əli
C.
Hz. Ömər ibn Abduləziz
D.
Hz. Müaviyə
45.
Hz. Əbu Hüreyrnin qibtə ilə haqqında: "Rəsulullah (s.ə.s) əshabı arasında məndən çox hədis bilən
yoxdur, ancaq .......... müstəsna, çünki mən yazmadım o yazırdı."- dediyi səhabə kimdir?
A.
Abdullah ibn Amr ibn əl-As
B.
Əbu Zərr əl Ğifari
C.
Amr ibn Hazma
D.
İbn Həcər əl-Əsqalani
46.
Avropalı şərqşünaslar hədisin Peyğəmbərimiz (s.ə.s) dövründə yazılmadığını iddia edirlər. Ancaq
Abdullah ibn Amr əl-Asın (r.a) Peyğəmbərimizdən (s.ə.s) eşitdiyi minə yaxın hədisləri bir kitabda
toplamışdır. Tabeundan Mücahid ibn Cəbr həmin kitabı öz gözləri ilə gördüyünü bildirmişdir. Bu kitabın adı
nə idi?
A. Səhih əl-Buxari
B. əs-Səhifətüs-Sadiqə
C. əs-Səhifətül-Kübra
D. Əs-Səhifətül-Aliyə
47.
Qurani-Kərimdə Rəsulu Əkrəmin (s.ə.s) azad etdiyi kölə, ilk müsəlmanlardan olan Zeyd ibn Harisənin
adı hansı surədə keçir?
A. Cəsiyə surəsi B. Bəqərə surəsi C. Əhzəb surəsi D. Ali İmran surəsi
48.
“Ömər ibn Əbdüləziz Vəhşinin ancaq atının burnundakı bir toz ola bilər” bu cümlə ilə səhabəni mədh
edən şəxs kimdir?
A. İmam Qəzali
B. İmam Rəbbani
C. İmam Şazəli
D. İmam Cürcani
49.
Çoxlarına görə birinci mücəddid qəbul edilən və on üç əsr əvvəl Rəsulullahın (s.ə.s) : “İnsanların
pozduğunu düzəldənlər” müjdəsinə layiq olan ................................. Əməvi sarayında yetişmişdir. Boşluğu
doldurun.
A. Ömər ibn Abduləziz
B. Əbduləziz ibn Mərvan
C. Abdul Məlik ibn Mərvan
D. Osman b Afvan
50.
Şeytandan insanlığa miras qalan xüsus nədir?
A. Qəzəb
B. Riya
C. Təslim olmamaq
D. İtaət etməmək
51.
İnsana verilən bir çox duyğunun ifrat və təfrit yanları vardır. Kinin təfriti hamiyyətsizlikdir, ifratı isə,
insanın kin “maşını” halına gəlməsidir. Orta yolu nədir?
A. Səbr
B. Şücaət
C. Tələskənlik
D. Təvazükarlıq
52.
Peyğəmbərimiz (s.ə.s), Hz. Aişənin otağına daxil olanda o əsəbi idi. Peyğəmbərimiz (s.ə.s) “Sənə nə
olub, şeytanın gəlib?” Bu ifadədən nə başa düşülür?
A. Qəzəb şeytandandır
B. Hər insanın bir şeytanı var.
C. Qadınların şeytanı olur.
D. Əfəndimiz (s.ə.s) otaqda şeytan görür.
53.
Lümmeyi-şeytaniyə harda yerləşir?
A. Şah damar
B. Qəlb
C. Beyin
D. Burun
54.
Hz. Əbu Bəkrin (r.a) İfk hadisəsində (Hz. Aişəyə iftira atılmışdı) dedi-qodunun yayılmasına səbəb
olduğu üçün yardımı etməyi dayandırdığı kasıb səhabə kimdir?
A. Hamnə bint Cahş C. Abdullah ibn Səlul
B. Mistah ibn Usasə D. Safvan ibn Muattıl
55.
Bir döyüşdə “Lə iləhə illlah” deyən kimsəni öldürən səhabəyə Allah Rəsulu “Yarıb qəlbinə baxdınmı?”
- demişdir. Həmin səhabə kimdir?
A. Usamə ibn Zeyd
B. Xalid ibn Vəlid
C. Zeyd ibn Sabit
D. Əbu Übeydə
56.
Peyğəmbərimizin (s.ə.s) bir hədisi-şərifində buyurur ki, “Bir insanın məscidə davamlı olaraq gəlib-
getməyini görsəniz ................................”
A) Onun Cənnətlik olduğuna əmin olun
B) Onunla bərabər siz də namazlara davam edin
C) Onun imanına şəhadət (şahidlik) edin
D) Onun haqqında sui-zənn etməyin
57.
Bir nəfər haqqında (eşitdiyi təqdirdə xoşuna gəlməyəcək) var olan bir şeyi danışmaq ...............,
haqqında olmayan şeyi danışmaq isə .......................dır.
A. sui-zənn, yalan
B. qeybət, iftira
C. böhtan, rişxənd
D. qeybət, yalan
58.
Son yüz il ərzində yenilənmək üçün göstərdiyimiz cəhdlərin nəticəsiz qalmasının və üç əsrdən bəri İslam
aləminin zəifləməyinin altında yatan səbəblərdən biri hansıdır?
A) Müsbət elmləri bilməmək B) Dini elmləri bilməmək
C) Namazı və duaya əhəmiyyət verməmək D) Bir-birimizlə mübahisə və anlaşmazlıq
59.
Məscidləri dolduranlar, minbərdə moizə və nəsihət edənlər, Kəbəni tavaf edənlər, Allah yolçusu kimi
görünüb özünü insanlardan üstün görən minlərcə, yüz minlərcə insan var ki, Allah onları Məhkəmeyi-
Kübrada dillərindən asacaqdır. (Allah bizləri və sizləri qorusun). Bunlar kimlərdir?
A) Verdikləri sözləri yerinə yetirməyənlər
B) İnsanların qəlblərini qıran və acıdil olanlar
C) Qeybət və iftira edən, insanlarla mübahisə edənlər
D) Əməl etmədikləri şeyləri insanlara deyənlər
60.
Təhrim surəsi 10-cu ayədə bildirilən “O iki qadın ikisi də Əfəndilərinə xəyanət etdilər” deyərək üzərinə
xəyanət damğasını vurulan bu iki xain qadın, hansı iki peyğəmbərin xanımı idi ?
A) Hz. Nuh / Hz. Lut B) Hz. İbrahim / Hz. Lut
C) Hz. Lut / Hz. İsa D) Hz. Nuh / Hz. Yaqub
61.
Günahkar bir şəxs fasiq biri haqqında xoş olmayan bir xəbər gətirdiyi zaman, Hucurat surəsinin 6-cı
ayəsinə görə sonradan peşman olmasınlar deyə iman edənlər necə hərəkət etməlidir?
A) O xəbərə inanmamaq
B) Fasiqin doğru söylədiyindən əmin olmaq üçün, onu bir gün həbs etmək
C) Gətirilən həmin xəbəri araşdıraraq doğruluğunu dəqiqləşdirmək.
D) Fikir verməmək və xoş söz deyib keçmək
62.
İsa peyğəmbərin ilahlaşdırılması, firovunların tanrılaşdırılması, bəzi əşyaların bütləşdirilməsi və bəzi
insanlara tarix boyunca həddindən daha çox dəyər verilməsi .................................... boşluğu doldurun.
A) İlahi əmrlərə qarşı inadın nəticəsidir.
B) Sevgi və mədh etməkdə həddi aşmağın nəticəsidir.
C) Dinlərin zəifləməsiylə onların yerini dolduran batil inancların nəticəsidir.
D) İnsanların maddi mənfəət güdmələrinin nəticəsidir
63.
“İnsanlar vardır ki, gözləri açıq olaraq gəzərlər amma yuxulu kimidirlər, qulaqları da vardır amma
kardırlar, eştiməzlər...” ayəsində hansı insan nəzərə verilir?
A) Gördüyü, eşitdiyi halda dərk etməyən ruhi xəstələr.
B) Allahın vermiş olduğu nemətləri görməyən, eşitməyən nankorlar.
C) Qurani-Kərimi əzbər bilib anlasalar belə onunla əməl etməyənlər.
D) Kainatdakı Allahın varlığı ilə bağlı dəlilləri görməyən, duymayan, dərk etməyən qafillər..
64.
“Hamınız birlikdə Allahın ipindən möhkəmcə yapışın ki, ayrılığa düşməyin” ayəsindəki “ip” sözündən
muradı-İlahi (İlahi məqsəd) nədir?
A) Quranı-Kərim B) Rəsulunun (s.ə.s) sünnəti
C) Əhli-Beytə tabe olmaq D) Namaz, oruc kimi fərz olan ibadətlər
65.
............................. ağır yaralanmışdı. Bağırsaqları deşik-deşik olmuşdu. Yediyi hər şey o deşiklərdən
çölə axırdı. Şəhidlik zirvəsinə çatmağına az qalmışdı. Amma o, bütün ağrılarını və ölüm həyəcanını unutmuş
və İbn Abbası yanına çağırıb belə deyirdi; “Deməli mən, möminləri həyatıma sui-qəsd edəcək qədər incitdim
ki, onlar mənim həyatıma qəsd etdilər”. Sonradan, onun ölümünə səbəb olan şəxsin qeyri-müsəlman məcusi
olduğu xəbəri ilə sevinmiş, “Əlhamdulillah, mənim canıma qəsd etmək surətilə Allah bir möminin əlini
kirlətmədi.”deyən sahabə kimdir ?
A) Hz. Ömər B) Hz. Osman
C) Hz. Əli D) Xalid bin Vəlid
66.
............................. Allah Rəsulundan (s.ə.s) hədis rəvayət edərkən “Rəsulullah buyurdu ki”- deyə hədisə
başlayar, sonra gözləri dolar, sonra başını aşağı əyər, sonra yuxarı qaldırar, dərindən nəfəs alar, düymələrini
açar və nəhayət hədisi rəvayət edərdi.
A) Hz. İbn Məsud (r.a) B) Hz. Əli (r.a) C) Hz. Abbas (r.a) D) Hz. Əbu Hüreyrə
67.
Peyğəmbərimizin (s.ə.s) haqqında “Dininizin yarısını Hümeyradan öyrənin” buyurduğu böyük zəka,
fətanət sahibi qadın sahabə kimdir ?
A) Hz. Zeynəb (r.anha) B) Hz. Aişə (r.anha) C) Hz. Fatimə (r.anha) D) Hz. Ümmü Sələmə (r.anha)
68.
Səhih hədisə görə kim 10 dəfə “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul mulku və ləhul hamdu
yuhyi və yumit və huvə alə kulli şeyin qadir” deyərsə nə kimi savab qazanar?
A) Bir yetimi doyurmuş olar B) Bir kölə azad etmiş olar
C) 10 savab qazanar D) Bir gün oruc tutmuş olar
69.
İmam Şafei yaddaşının zəifliyindən şikayət etdiyi zaman, ustadı Vəki ibn Cərrah ona nəyi tövsiyə edir?
A) Çoxlu Quran oxumağı B) Təhəccüd namazları qılmağı
C) Günahları tərk etməyi D) Az yeyib, az yatmağı
70.
Bu böyük məzhəb alimidir, bir milyon hədisi əzbər bilirdi. Üç yüz min hədisdən seçib topladığı məşhur
hədis kitabı “Müsnəd”ində qırx min hədis vardır. Söhbət kimdən gedir?
A) İmam Əbu Hənifə B) İmam Şafei C) İmam Malik D) İmam Əhməd ibn Hənbəl
Dostları ilə paylaş: |