Arayış Azərb. DBTİA-ya
təqdim etmək üçün
verilir.
119 saylı mənzil-istismar sahəsinin
rəisi: (imza)V.
Ə. Alıyev
Katib:
(imza)
L. Y. Mehdiyeva
5.
BİLDİRİŞ
Bildiriş
əməli yazıların sadə və çox işlənən formasıdır.
Anons,
bildiriş, alışa, reklam
və s. kimi əməli yazılar elan xarakterlidir.
Məzmun
və məqsədinə, əhatə dairəsinə görə bildiriş-elanlar
müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən
kollektivə və ya ictimayyətə
əvvəlcədən verilən məlumat
anlamındadır.
Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində
saxlanmalıdır:
1.
Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2.
Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3.
Ayın tarixi, saatı və
il dəqiq qeyd edilməlidir;
4.
Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə
təşkilatın yerləşdiyi otağın nömrəsi,
varsa telefonu göstərilir;
5.
Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6.
Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər; Bildiriş
respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio
və televiziyada da verilə bilər.
Dostları ilə paylaş: