Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə112/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   108   109   110   111   112   113   114   115   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 111. 
Yuxarıdakı mətndə Avropa dillərindən gələn 
sözlərə görə statistik təhlil aparın, onların termin yoxsa ümumiş- lək 
sözlər olduğunu izah edin. 
Çalışma 112. 
Verilmiş sözlərin mənasını aydınlaşdırmağa 
çalışın, onların nə vaxt termin, nə vaxt beynəlmiləl söz kimi işlənmə 
məqamlarını izah edin, onlara ən çox hansı üslubda rast gəldiyinizi 
deyin: 
snoubord, fristayi, tras, buzadırmanma, alpinizm, sertifikat, 
taekvondo, missiya, çempionat, konfederasiya, vitse-prezident, liqa, 
komer, legioner, limit, turnir, matç, arena, debüt. 
Çalışma 113. 
Məşqçi kimi ixtisasınıza uyğun məşğələlər 
keçirmək istəyirsiniz. Onun haqqında 
məlumat 
yazın. 
Çalışma 114. 
Uzaqda yaşayırsınız: Ailənizə min manat pul 
göndərdiyiniz barədə 
teleqram 
vurun. 
17^ 


4.
RaSMl-KARGÜZARLIQ ÜSlURU 
Rəsmi-kargüzarlıq üslubu "əməli üslub", "rəsmi-əməli üslub"; 
"işgüzar üslub" adları ilə də işlənir. Rəsmi sənədlər, təlimatlar, 
qanunvericilik aktları və s. rəsmi-kargü- zarlıq üslubuna uyğun tərtib 
olunur, yazılır. Bu üslubun əsas xüsusiyyəti ifadə düzgünlüyü, fikir 
dəqiqliyi və yığcamlıqdır. 
Rəsmi sənədlərin dilində artıq, mətləbdənkənar sözlərə, 
təkrarlara, bədii ifadələrə yer verilmir, dəqiq söz və terminlər işlədilir, 
qrammatik normalara riayət edilir, ştamp xarakterli standart 
sözlərdən, basmagəlib (trafaret) ifadə və cümlələrdən istifadə olunur. 
Bu üslub öz forma və məzmunu etibarilə kütləvi mahiyyət daşıyır, 
ixtisasından, peşəsindən, həyatda tutduğu vəzifəsindən asılı 
olmayaraq insanlar əməli yazılara müraciət edirlər. 
Rəsmi-əməli üslub, adından göründüyü kimi, həyatın praktik 
tələbləri ilə bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə, 
vətəndaşlann idarə, müəssisə və təşkilatlarla əlaqəsini təmin edir. 
Rəsmi-kargüzarlıq üslubunu inzibati-idarə üslubu, dəftərxana 
üslubu da adlandmrlar. Dəftərxana sənədləri rəsmi xarakterdə olduğu 
üçün özünəməxsus cəhətləri ilə seçilir. Bu üslubun onlarla sənəd növü 
vardır: qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə, 
təlimat, protest, etimadnamə, hökm, qərar, göstəriş, əmr, akt və s. 
Dövlət əhəmiyyətli rəsmi sənədlər xüsusi aynimış adamlar 
tərəfindən hazırlanır, dövlət başçısı tərəfindən imzalanır. 
Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan (teleqram, 
anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə, 
arayış, vəkalətnamə, və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, 
protokol, müqavilə, və s.) və iclas, toplantı, yığıncaq, konftanslann 
qərarları-protokol, hesabat və s. formasında olur (6, səh. 4) 
176 


Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli 
üslubun tələblərini özündə əks etdirən əsas rəsmi-kargü- zarlıq sənəd 
növlərini aşağıda əlifba sırası ilə veririk. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin