Qırx gün daraq dəlisi.
Qırx gün yaraq dəlisi.
İskəndər: - Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl?! Gəl, keç
içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Hamınız gəlin içəri!
Mən ölüm, hamınız gəlin! Bax, belə! Keç, keç! Sən də gəl içəri! Sən
də
gəl.
Gəlin,
gəlin!
(C.
Məmmədquluzadə.
"Ölülər"
komediyasından)
Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!
Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can! (M. Ə. Sabir)
Leyli demə-cənnət içrə bir hür.
Məcnun demə-zülmət içrə bir nur.
Leyli demə-övci-hüsnə bir mah
Məcnun demə-mülki-eşqə bir şah.
(M. Füzuli. "Leyli və Məcnun"dan)
Çalışma 105.
Sözləri hecalara aymn,
sətirdən-sətrə keçirilmə
qaydasını deyin:
Cüdo, karate, atletika, boks, taekvondo, hokkey, VMH, tennis,
olimpiada, neftçi, 2010-cu il, miokardit, M. F. Axundov, ve- loidman,
A. A. Bakıxanov, 15-ci.
Çalışma 106.
Bir tədris ilində gördüyünüz işlərin
hesabatım
yazın.
2.
EIMİ ÜSlUB
Elmi üslub elmi əsərlərin dilində təzahür edir. Elmi fikir elmi
əsərlərdə şərh olunur. Elmin, istehsalat və texnikanın ayrı- ayrı
sahələrinə
aid məqalə, tezis, məruzə, rəy və monoqrafiyalar bu
üslubda yazılır. Elmi üslubun əlamətdar cəhətlərindən biri elmi
anlayışların ən dəqiq ifadəsi kimi terminlilikdir. Terminlərin sistem
halında işlənməsi onu digər üslublardan fərqləndirən əsas əlamətdir.
170
Elmi üslubun ikinci cəhəti mücərrəd mənalı sözlərin, beynəlmiləl
alınmaların həqiqi mənada işlədilməsi, fikirlərin dəqiq,
konkret və
birmənalı ifadə edilməsidir. Elmi üslubda sözlərin öz müstəqim
mənasında işlənməsi bəhs edilən təbiət və cəmiyyət hadisələri
haqqında tam, dürüst və dəqiq məlumatın verilməsi ilə bağlıdır. Bu
üslubda məcazi mənalı sözlərə yer verilmir. Emosionallıq, obrazhq
kimi xüsusiyyətlər də bu üslub üçün xarakterik deyildir.
Elmi üslubda mövzu müəyyən ixtisas sahəsinə aid olur, kitabın,
monoqrafiyanın adı, onlarda verilmiş fəsil, bölmə və başlıqlar, şərh
olunmağa yönəlmiş mətnlər səbəb-nəticə əlaqələri əsasında qurulur,
burada sübut və dəlillər elmi şəkildə tərif, düstur,
cədvəl və
rəqəmlərlə verilir, mürəkkəb cümlə tipləri üstünlük təşkil edir.
Fikirlər sübutlara, faktlara istinad edilir, ümumi- ləşdirilmələr
aparılır, nəticə çıxarılır.
Elmi üslubda yazılmış əsərlər daha çox öz sahəsinə aid
mütəxəssislər arasında yayılır, işlədilir və elə onlar tərəfindən də tam
və əhatəli şəkildə başa düşülür. Çünki hər hansı
bir elm sahəsinin
özünəməxsus, sfesifik sözləri və terminləri vardır ki, bu terminlər,
əsasən, başqa dillərdən alınan sözlərdir, onlar ya olduğu kimi işlənir,
ya tərcümə olunur, ya da kalka üslulu ilə yeni sözlərin meydana
gəlməsi ilə reallaşır. Orta məktəbdə tədris olunan fizika, riyaziyyat,
həndəsə, kimya fənləri, ali
məktəbdə keçilən informatika, idman
metrologiyası, idman psixologiyası, insan fiziologiyası fənləri,
gimnastikaya, su idmanı növlərinə aid dərslik və dərs vəsaitləri xüsusi
terminlər üzərində qurulmaqla bədii üslubda yazılmış əsərlərdən dil
və üslubuna görə fərqlənir. Tələbələr öyrəndikləri hər hansı dərsliyin
bir səhifəsinə, hətta bir abzasına belə baxan kimi onun hansı elm
sahəsinə aid olduğunu müəyyənləşdirə bilirlər.
Sual və tapşırıqlar
1.
Elmi üslub nədir və elmi üslub nümunələri hansı formalarda
təzahür edir?
171
2.
Elmi üslubun ən əlamətdar cəhəti nədən ibarətdir?
3.
Elmi üslubda məcazi mənalı sözlərə, yoxsa terminlərə çox yer
verilir?
4.
Kalka üslulu ilə yaranmış sözlərdən nümunələr verin. Onların
kalka üslulu ilə yarandığını necə bilmək olar?
5.
Akademiyada hansı elm sahələri ilə tanış olduğunuzu deyin və
onlara aid 5-10 termini nümunə gətirin.
6.
Dəqiqlək nədir? Onu hansı üslubun səciyyəvi xüsusiyyəti hesab
etmək olar?
7.
Elmi nitq hansı formalarda təzahür tapır və onlarda xarakterik
olan cəhətlər nədən ibarətdir?
8.
Elmi nitqin əsas janrları hansılardır?
Çalışma 107. Mətni oxuyun, hansı terminlərin işləndiyini göstərin
və onların hansı elm sahəsinə aid olduğunu deyin.
6.2.2 Oksigenin qanla nəqli
Diffuziyanm köməyi ilə oksigenin qana keçməsindən sonra onun
taleyi hemoqlobinlə birləşmədə olur. Yalnız oksigenin 0,3 həcm %
qanda həll olur (yaxud 1,5% arterial qandakı oksigen), qalan hissəsi
isə hemoqlobinlə birləşir. Oksigen hemoqlobinlə (Hb)
birləşərək
oksihemoqlobin əmələ gətirir. Hemoqlobin, zülal hissəsi olan
qlobindən və 4 ədəd dəmir tərkibli hemdən ibarət mürəkkəb zülaldır.
HHb onu göstərir ki, hemoqlobin zəif turşu təsirlidir,
bərpa
olunmuş hemoqlobin isə oksihemoqlobinə nisbətən daha zəif
turşudur.
Arterial qan oksigenlə 96-97% zənginləşir. Bu hadisə çox sürətlə,
0,25-0,30 san. baş verir (Rafiq Qayıbov. İnsan fiziologiyası, Bakı,
2009, səh. 163)
Dostları ilə paylaş: