Çalışma 124.
Mətn parçalarını diqqətlə oxuyun, məntiqə
sığışmayan söz və ifdələrə öz münasibətinizi bildirin, onlara hansı
hallarda yol verildiyini deyin:
Z33
... Yeddi min yeddi yüz yetmiş yeddi dəli atdan düşüb hərə onun
üstünə bir daş tulladı. O qədər daş yığıldı ki, yekə bir dağ oldu.
Deyirlər ki, indi də o dağ qalır.
... Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər. Dəlilər
tutuquşu kimi doluşdular zəmiyə. Bir suiçim saatda qocanın bütün
taxılını biçib-dərzləyib, yığdılar bir tərəfə.
... Koroğlu.. .əlini atıb qazanlardan birini çəkdi qabağına. Bir
pəncə, iki pəncə, üçüncü pəncədə aşpaz baxdı ki,çıxdı qazmağa... O
biri qazanı çəkdi qabağına. Qərəz, neçə qazan boşaltdı bilmirəm, neçə
tuluq boşaltdı bilmirəm, baxdı ki, day doyub... Yağlı əlləri ilə bığlarını
eşib durdu ayağa ("Koroğlu" dastanından).
Çalışmal25.
Üstdə verilmiş mətn parçalarında danışıq dili
əlamətlərini tapıb göstərin, cümlələri yazılı ədəbi dildə formalaşdırıb
yazın.
Çalışma 126.
Verilmiş mətndə şifahi ədəbi dil xüsusiyyətləri də
olmaqla leksik, fonetik və qrammatik normalardan kənara çıxma
hallarını qeyd edin.
... Bunu deyib Koroğlu day cavab gözləmədi. Bayaq ha Qıra- ta
bir qamçı göstərib təpəni aşdı. Elə ki arxayın oldu ki, day dəlilər çıxıb
gediblər, ondan yola düşdü. Elə bir az getmişdi, birdən Qırat
qulaqlanm dikləyib, şahə qalxdı. Bir də uzaqdan at kişnəməyi eşidildi.
Koroğlu dönüb baxanda gördü Giziroğlu Mustafa bəy öz Alapaça
atının üstündə budu, elə gəlir, elə gəlir ki, tozu dumana qatıb, dumanı
toza...
Koroğlu yumbalanıb çaya düşdü. Giziroğlunun təpəsinə elə bir
əmud vurdu ki, bu dəfə Giziroğlu dığırlanıb çaya düşdü.
Nigar xanım dedi: - Koroğlu, indi danış görək, necə getdiz?
Uşaqlan necə qurtardız? ("Koroğlu" dastanından).
234
|