Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə151/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   145   146   147   148   149   150   151   152   153
Nitq-mədəniyyəti(1)

Çalışma 124. 
Mətn parçalarını diqqətlə oxuyun, məntiqə 
sığışmayan söz və ifdələrə öz münasibətinizi bildirin, onlara hansı 
hallarda yol verildiyini deyin: 
Z33 


... Yeddi min yeddi yüz yetmiş yeddi dəli atdan düşüb hərə onun 
üstünə bir daş tulladı. O qədər daş yığıldı ki, yekə bir dağ oldu. 
Deyirlər ki, indi də o dağ qalır. 
... Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər. Dəlilər 
tutuquşu kimi doluşdular zəmiyə. Bir suiçim saatda qocanın bütün 
taxılını biçib-dərzləyib, yığdılar bir tərəfə. 
... Koroğlu.. .əlini atıb qazanlardan birini çəkdi qabağına. Bir 
pəncə, iki pəncə, üçüncü pəncədə aşpaz baxdı ki,çıxdı qazmağa... O 
biri qazanı çəkdi qabağına. Qərəz, neçə qazan boşaltdı bilmirəm, neçə 
tuluq boşaltdı bilmirəm, baxdı ki, day doyub... Yağlı əlləri ilə bığlarını 
eşib durdu ayağa ("Koroğlu" dastanından). 
Çalışmal25. 
Üstdə verilmiş mətn parçalarında danışıq dili 
əlamətlərini tapıb göstərin, cümlələri yazılı ədəbi dildə formalaşdırıb 
yazın. 
Çalışma 126. 
Verilmiş mətndə şifahi ədəbi dil xüsusiyyətləri də 
olmaqla leksik, fonetik və qrammatik normalardan kənara çıxma 
hallarını qeyd edin. 
... Bunu deyib Koroğlu day cavab gözləmədi. Bayaq ha Qıra- ta 
bir qamçı göstərib təpəni aşdı. Elə ki arxayın oldu ki, day dəlilər çıxıb 
gediblər, ondan yola düşdü. Elə bir az getmişdi, birdən Qırat 
qulaqlanm dikləyib, şahə qalxdı. Bir də uzaqdan at kişnəməyi eşidildi. 
Koroğlu dönüb baxanda gördü Giziroğlu Mustafa bəy öz Alapaça 
atının üstündə budu, elə gəlir, elə gəlir ki, tozu dumana qatıb, dumanı 
toza... 
Koroğlu yumbalanıb çaya düşdü. Giziroğlunun təpəsinə elə bir 
əmud vurdu ki, bu dəfə Giziroğlu dığırlanıb çaya düşdü. 
Nigar xanım dedi: - Koroğlu, indi danış görək, necə getdiz? 
Uşaqlan necə qurtardız? ("Koroğlu" dastanından). 
234 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin