arvadına sataşır.) Arvad, sənsən?
Milli Kitabxana
129
Ş a h s ə n ə m. Bəli, mənəm.
Q a f a r. Burada nə qayırırsan?
Ş a h s ə n ə m. Tratira gəlmişəm.
Q a f a r. Çox qələt etmisən, səfeh qızı, səfeh. Əl-ayağın qırılmamış qalx,
qabağıma düş.
Ş a h s ə n ə m. Ölsəndə getməyəcəyəm. Bəs bir belə arvad burada nə qayırırlar.
Q a f a r. Canına dərd qayırırlar, Düş qabağıma.
G ü l p ə r i. A Qafar, Şahsənəm doğru deyir. Bəs bu qədər arvadların ərləri
yoxdur. Yoxsa elə qeyrətli bir tək siz çıxmısınız.
Q a f a r. Allahu əkbər, bu papaqdır, yoxsa sizin başınızdakı yaylıq. (Papağını
yerə vurur.) Ədə, bura bax, müsəlman arvadı, teatr? Bəs bizim namusumuz,
qeyrətimiz harada qaldı?
M i r z ə F ə r ə c. Adə, Qafar, Qafar buradayam.
Q a f a r. A kişi, buraya gəl.
M i r z ə F ə r ə c. Adə, yerimiz burdadır. Sənin bilitin də məndədir.
Q a f a r. Adə, bilit cəhənnəmə, arvadlar buradadır.
M i r z ə F ə r ə c. Adə, hansı arvadlar?
Q a f a r. Şahsənəm ilə Gülpəri.
M i r z ə F ə r ə c. Gülpəri də?
Q a f a r. Hə, hə, tez ol gəl.
M i r z ə F ə r ə c (onlara tərəf gələrkən). Ey dad-bidad Ərdəbil. Gülpəri,
nadürüst qızı nadürüst. Hərgah sabah açılar, səni paraxoda qoyub birbaş Ərdəbilə
göndərməsəm, mənim atama, babama, yeddi qat əcdadımın ərvahinə lənət olsun.
Qalx, köpəyin qızı köpək.
G ü l p ə r i. Ölsən də getməyəcəyəm. Bəs bir belə arvadların ərləri yoxdur.
Yoxsa kişi təkcə siz çıxmısınız?
M i r z ə F ə r ə c. Bəli, müsəlman ancaq bizik. Arvad nədir, teatr nədir?
Arvadların əllərindən tutub dartırlar, sıradan qırağa çıxardırlar. Onlar da dartınıb
əllərindən çıxırlar. Zalda qaçırlar. Qafar ilə Mirzə Fərəc onları qovurlar.
Pərdə
Milli Kitabxana
130
ÜÇÜNCÜ ŞƏKİL
Pinəçi Qafarın evi
M i r z ə F ə r ə c. Qafar, sən bunlardan muğayat ol, məndə gedib axund Molla
Qasım ağanı çağırım, gəlib bu binamusların talağını versin.
Q a f a r. Yaxşı get. (Mirzə Fərəc çıxır.) Bax, bura da teatr deyil. And olsun
atamın ərvahinə, bir balaca o yan-bu yan eləsəniz, elə bir sillə çəkərəm ki,
yerinizdə qalarsınız.
Ş a h s ə n ə m. Allah vurub səni, hünərindir əlini qaldır.
G ü l p e r i. Yaxşı, siz bizi boşayarsınız, biz də o siz bəyənmədiyiniz kişilərə
ərə gedərik. Onlar da tez-tez bizi teatra apararlar.
Q a f a r. Allahü-əkbər, lənət sənə kor şeytan. İndi durub ikisini də boğub
öldürəcəyəm, ha.
Ş a h s ə n ə m. Allah vurub səni. Durub səni o qədər döyərik ki, arvad boşamaq
da yadından çıxar.
Q a f a r. Arvadın hünəri nədir ki, kişiyə əl atsın.
Ş a h s ə n ə m. Bax, hünəri belədir.
Durub onunla tutaşır. Gülpəri də köməyə gəlir. Qafarın ayağından çəkir, Qafar yıxılır,
onu yumruqlayırlar. Bu halda Mirzə Fərəc və onun dalınca Molla Qasım daxil olurlar.
Q a f a r. Ədə, Mirzə Fərəc, qoyma, arvadlar heyimi kəsdilər.
Arvadlar Qafarı buraxıb Mirzə Fərəcin üstə düşürlər, yumruqlayırlar. Molla aralaşdırır,
ona da bir-iki yumruq dəyir.
M o l l a Q a s ı m. Ay bacılar, bir toxtayın. (Arvadlar dayanırlar.) Bəs mollaya
belə ehtiram edərlər?
Ş a h s ə n ə m. Bir molla ki, gecə yarısı bu iki səfehin sözünə baxıb biz
biçarələrin talağını verməyə gələ, elə axundun ehtiramını saxlamazlar.
Q a f a r. Arvad, bəsdir, bizi biabır etdin.
M o l l a Q a s ı m. Usta Qafar, bir arvad ki, biz ruhanilərə, biz şəriət ərlərinə
biehtiramlıq elədi, onu boşa getsin. Şəriət də belə buyurub.
Q a f a r. Düz buyurursan, ağa.
Ş a h s ə n ə m. Kül sənin başına a belə ər! A qanmaz kişi, görmürsən bu molla
nə deyir. Mən sənin arvadınam, yoxsa bu şorgöz mollanın?
Milli Kitabxana
131
M o l l a Q a s ı m. Usta Qafar, bu sözdən sonra bu arvadın nigahı pozuldu.
İndi canın azaddır.
Ş a h s ə n ə m. Belə kül molla başına.
M o l l a Q a s ı m. İndi bu arvaddan sual-cavab edin. A bacı, sən bilirsən ki,
biz ruhanilər müsəlman arvadlarına teatra getməyi haram buyurmuşuq?
G ü l p ə r i. Bilmirəm.
M o l l a Q a s ı m. Bilmirsən, indi bil.
G ü l p ə r i. Bəs kişilərə necə?
M o l l a Q a s ı m. Onlara da nəhy etmişik.
G ü l p ə r i. Bəs niyə gedirlər?
M o l l a Q a s ı m. Gərək getməsinlər, günah da etməsinlər. Lakin arvad ilə
kişidə fərq vardır. Şeytan həzrət Adəmi aldada bilmədi. Amma Həvvanı aldatdı.
Behiştdən hər ikisini çıxartdı. Kişini, o oyun çıxardanlar yoldan çıxara bilməzlər.
Arvad isə naqisüləql olar. Tez aldadarlar.
G ü l p ə r i. Ay molla, bilirəm, sən bizim nigahımızı geri oxumağa gəlmisən.
Sən heç zəhmət çəkmə. Mən kəbinimi halal edib canımı azad edirəm. Elə rəhmətlik
atam məni, gözləri yaslı bu qoca kaftara vermişdi.
M i r z ə F ə r ə c. Nəmənə? Qoca kaftar? İndi ki, bele oldu daha səni
boşamıram.
G ü l p ə r i. Ölsən də boşanacağam!..
M i r z ə F ə r ə c. Mən də boşamayacağam.
Q a f a r. İndi ki, iş bu məqama çatdı, Şahsənəm, mən də səni boşamalı
olmadım.
Ş a h s ə n ə m. Ölsən də boşanacağam!
M o l l a Q a s ı m. Bir mənə də qulaq asın. Görürəm siz arvad boşayan
deyilsiniz. Mənim zəhmət haqqımı veriniz, çıxım gedim.
Q a f a r. Nəmən? Sən nə qayırdın ki, zəhməthaqqı da istəyirsən?
M i r z ə
F ə r ə c. Rəhmətliyin oğlu, bu gecə yarısı gəlib arvadlarımızı
əlimizdən almaq istədiyin bəs deyil, bir də zəhmət haqqı istəyir.
Q a f a r. Biz arvadlarımızı boşamaq istəmirik.
M o l l a
Q a s ı m. Cəhənnəmə boşayınız. Mənim zəhmət haqqıma nə
deyirsiniz?
M i r z ə F ə r ə c. Uzun müşərrəf eləmə, dur rədd ol!
Milli Kitabxana
132
Q a f a r. Bas bayıra!
M o l l a Q a s ı m. Allah sizin bərəkətinizi kəssin. Bu gecə vaxtı məni avara
etdiniz.
M i r z ə F ə r ə c. Sənə deyirəm, uzun müşərrəf etmə! Dur rədd ol!
Molla söylənə-söylənə gedir.
Ş a h s ə n ə m. Ay qız Gülpəri, dur biz də bunların acığına dəniz kənarına
gəzməyə gedək.
G ü l p ə r i. Dur gedək.
Qapıya tərəf gedirlər, Qafar ilə Mirzə Fərəc qabaqlarını kəsirlər.
M i r z ə F ə r ə c və Q a f a r. Hara gedirsiniz?
G ü l p ə r i və Ş a h s ə n ə m. Bulvara, gəzməyə.
Vuruşurlar.
M i r z ə F ə r ə c və Q a f a r. Biz də gedirik.
Onlara qoşulub gedirlər.
Dostları ilə paylaş: |