Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə58/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   54   55   56   57   58   59   60   61   ...   196
Milli Kitabxana

137


günü  Məmmədəli  mənim  yanıma  gəlmişdi,  mənə başsağlığı verəndən  sonra,

dərdini  açıb  dedi:  kərbəlayı,  mən  Pəricahanı  bəyənmişəm,  izin versən,  elçi

göndərərəm.

P ə r i c a h a n. Ay ağa, sən allah, doğru deyirsən?

K ə r b ə l a y ı N ə b i. Məndən heç yalan eşitmisən? Gör sənə nə cür cehiz

verəcəyəm?  Səni  istəyən  adam bir  elə gözəl  oğlandır  ki,  görən  kimi  eşq  mənim

kimi topuğuna vuracaqdır. İndi de görüm razısanmı?

P ə r i c a h a n. Əlbəttə, razıyam.

K ə r b ə l a y ı N ə b i.  Onda  gedək,  sən  saqqalıma  xına  qoy,  mən  də nə

edəcəyimi söyləyim.

Gedirlər, Sonra Şövkət ilə Əli əllərində kukla daxil olurlar.

Ə l i. Nə oynayacağıq?

Ş ö v k ə t. Hələ qoy, laylay çalım gəlinimiz yatsın, sonra bacı-qardaş oynarıq,

Ə l i. Yaxşı.

Ş ö v k ə t.

Laylay dedim yatasan,

Qızıl gülə batasan,

Qızıl gül bağın olsun,

Gölgəsində yatasan.

Balam laylay, a laylay,

Gülüm laylay, a laylay.

Ə l i. Mənim bəbəm yatdı.

Ş ö v k ə t.  Beşiyə qoy,  üzunə də cuna  ört.  Mənim  bəbəm  hələ yatmayıbdır.

Qoy laylay çalım, o da yatsın:

Laylay dedim yatınca,

Gözlərəm ay batınca,

Canım zinhara gəldi,

Sən hasilə çatınca,

Balam laylay, a laylay,

Gülüm laylay, a laylay.

İndi bu da yatdı. Qoy, ikisi də bir yerdə yatsın. (Qoyur.)



Milli Kitabxana

138


Ə l i. Gəl, indi bacı-qardaş oynayaq.

Ş ö v k ə t. Yaxşı.

Ə l i. A Şövkət bacı, mənə bir nağıl söylə.

Ş ö v k ə t.  Yaxşı,  qardaşım Əli,  mən  sənə bir  qəmgin  nağıl  söylərəm.

Qardaşım, biri varmış, biri yoxmuş, bir Səlim adında kənd müəllimi varmış. Bunun

Gövhər  adında  bir  arvadı,  yeddi  yaşında Əhməd  adında  bir  oğlu,  səkkiz  yaşında

Şövkət adında bir qızı varmış.

Ə l i. Vay, onun da adı Şövkət imiş?

Ş ö v k ə t.  O  vaxt  qırğın düşür,  bunların  kəndinə düşmən  tökülür, adamları

qırılır.  Səlim  külfətini  götürüb  qaçır,  gecə meşədə onların  üstünə tökülüb  gülləyə

tuturlar. Şövkət qaçıb ağacların arasında gizlənir. Səhər olanda Şövkət gəlib görür

ki,  atasını,  anasını  və balaca  qardaşını  öldürüblər.  Şövkət  özünü  onların üstünə

salır, zar-zar ağlayır.

Ə l i. Bacım, nə üçün ağlayırsan? Sən allah ağlama, yoxsa, mən də ağlaram.

Ş ö v k ə t. Necə ağlamayım? O balaca Şövkət mən özüməm, atasız-anasız bir

yetiməm. Məni üç il kəndli Cəfər baba öz uşaqları ilə bir yerdə saxladı. Mən onları

çox istəyirdim, onlar da məni. Sonra məni Kərbəlayı Nəbi qulluqçu gətirdi.

Ə l i. Mən elə bilirdim, sən o qoca kişinin nəvəsisən.

Ş ö v k ə t. Yox, qulluqçusuyam. Onun arvadı məni çox istəyirdi, bir aydır ki,

ölübdür.


Ə l i. Bacım, mən belə nağıl istəmirəm.

Ş ö v k ə t. Gəl tapmaca deyim, sən də tap.

Ə l i. Yaxşı.

Ş ö v k ə t. Tap görüm, atdan hündür, itdən alçaq.

Ə l i. Yəhər.

Ş ö v k ə t. Tapdın, bildin. O yanı çəpər, bu yanı çəpər, içində atlı çapar?

Ə l i. Onu bilmirəm.

Ş ö v k ə t. Nehrə.

Ə l i. İndi sən tap görüm, biri bizə yağıdır, biri cənnət bağıdır, biri yığar gətirər,

biri vurar dağıdar.

Ş ö v k ə t. İlin fəsilləri.

Ə l i. Bacım, mənə o günkü tapır-tupuru de.

Ş ö v k ə t. Yaxşı.



Milli Kitabxana

139


Tapır-tupur atdılar,

Qolları bazbəndlilər...

Şah evinə gedərsiz,

Siçan bəyə deyərsiz:

Pıspısa xanım.

Dabancığı xəstə xanım,

Düşüb dəvə gölünə,

Boğulur xəstə xanım.

Gülüşürlər.

Ə l i. Axşam bizə gələcəksənmi?

Ş ö v k ə t.  Gələcəyəm,  həm sənin  dərsini  öyrədəcəyəm,  həm  də Maral

xanımdan dərs alacağam.

Ə l i. Anam deyirdi ki, Şövkəti məktəbə qoyacağam.

Ş ö v k ə t. Ah, nə yaxşı olardı. Atam yazıq məni oxudurdu.

Ə l i. Mən gedim.

Şövkət ilə öpüşür, bu halda Kərbəlayı Nəbi saqqalı bağlı daxil olur.

K ə r b ə l a y ı N ə b i. Ədə sən  kimsən?  Burada  aşnabazlıq edirsən?  Sənin

qulağını elə çəkərəm ki, yerindən qopar. Qurumsağın biri.

Ə l i. Mən Maral xanımın oğluyam.

K ə r b ə l a y ı N ə b i. Maral xanımın oğlu? Bala mən sənnən zarafat edirdim.

Mən səni çox istəyirəm. (Cibindən konfet çıxarıb ona və Şövkətə verir.) Alın, gedin

həyətdə oynayın. Oğlum, birdən mən dediyim sözü anana deyərsən ha. Mən sənnən

zarafat eləyirdim. Dedim görüm, qorxaq uşaq deyilsən ki?

Ə l i. Mən heç kəsdən qorxmuram.

K ə r b ə l a y ı N ə b i (kənara). Niyə qorxasan, Maral xanım kimi kommunist

anan var. (Əliyə.) İndi, balalarım, gedin oynayın, buraya qonaq gələcəkdir.

Əli və Şövkət gedirlər.

K ə r b ə l a y ı N ə b i. O şeytan qızı Maral xanımdan çox qorxuram.

Molla Rəhim və Məşədi Səfdər qulu daxil olurlar.

M o l l a R ə h i m. Səlamünəleküm.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin