Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə66/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   62   63   64   65   66   67   68   69   ...   196
Milli Kitabxana

159


G ü l s ü m (gülərək). Ay arvad, Suruş deyil, Siranuş.

T ü k ə z b a n. Eh, mən nə bilim, adı yadımda qalırmı ki. Vallah, atan bilsə ki,

erməni evinə gedirsən, aləmi bir-birinə vurar, səni də öldürər (çıxır.)

G  ü l s  ü  m  (tək).  Öldürsə,  birdəfəlik  qurtarardım.  Kaş  ki,  Mir  Kazım  ağanın

qızı  olunca,  bir  çoban  qızı olaydım  dağlarda,  çəmənlərdə,  təbiət  üzərində

yaşayaydım,  çiçəklər  dərəydim,  şırıldayan  bulaqlara  baxaydım,  sərin  sularından

içəydim!.. (Ağlayır.)

Məmməd daxil olur. Əmmamə və əbasını çıxarır.

M ə m m ə d. Bacım, ağlayırsan?

G ü l s ü m.  Necə ağlamayım, qardaşım?  Mənim  qəlbim,  ruhum,  vücudum

hamısı xəstə, mərəzimdən xilas olmaq üçün bilirsənmi mənə nə təklif edirlər?

M ə m m ə d. Bilirəm, bacım, çoxlu süd iç, bol yumurta ye deyirlər.

G ü l s ü m. Bəli, lakin mənim müalicəm budurmu?

M ə m  m ə d.  Xeyr,  bacım,  bu  mərəzin  müalicəsi  başqa  şeydir.  Bu  mərəzə

mübtəla olan tək bir sən deyilsən, bütün islam qadınlarıdır. Bu xəstəlik iki nurdan

məhrum  qalmadan  naşı  baş vermiş;  biri  ruhu  yüksəldən  elm  nurudur,  digəri

günəşdir  ki,  ziyası  ilə dünyanı  tənvir  edir,  heyvanata,  nəbatata  həyat  bəxş  edir.

Onsuz  bu  gözəl  dünya  dəhşətli  bir  zülmət  olurdu.  Bu  lətif,  rəngin  çiçəklər,  güllər

sənin  kimi  saralıb-solub  məhv  olurdu.  Bacım,  sən  qonça  gülü  o  nurdan  məhrum

etmişlər.  Sənə bu  dəmlə,  o  gözəl  təbiət  üzərində yaşamaq  lazımdır, sənə gəzmək,

gülmək,  yemək,  içmək,  danışmaq  lazımdır.  Qəlbini əsla  sıxmayıb  hər  zaman  şad

saxlamalısan.

G ü l s ü m.  Doğru,  fəqət  bu  mənə müyəssər  deyildir,  çünki  mən  müsəlman

qızıyam.  Müsəlman  qadını  üçün  bu  nemətlər  yaranmamışdır.  O,  başqaları  üçün

yaranmışdır.  Bunları bizə nəhy  etmişlər.  Ax,  Məmməd!  Nə üçün  mən  binəva

qızcığazı  oxutdun?  Nə üçün  mənə mənliyimi  anlatdın?  Nə hacət  ki,  söyləyirsən

dünya gözəldir, genişdir, intihasızdır. Mənim dünyam, qardaşım, bax nə geniş, nə

yüksək bir aləmdir. (Əli ilə otağını göstərir.) Bu səqf mənim ulduzlu səmamdır. Bu

xalılar  ilə döşənmiş  yer  mənim  çiçəkli  çəmənlərim,  yaşıl  ormanlarımdır.  Bu

divarlar  da  mənzərəli  dağlarım,  yüksək  qayalarımdır.  Qardaşım,  burada  dünyaya

gəldim, buradan da tezliklə məni aparıb qəbrə qoyacaqsınız.



Milli Kitabxana

160


M ə m m ə d. Sus, sus, bacım! Odlu qəlbimə yenidən atəş atma. Qadınlarımızın

belə təbiətə müğayir,  hürr  yaranmış  növi-bəşərə yaraşmaz  halı,  məni  çoxdan

düşündürür.  Çarə arayırdım  ki,  nə yol  ilə onlara  kömək  edim.  İndi  tapmışam.

Bacım,  and içirəm,  qadınlarımızın  bu  yolda  tökülən  qanlı  göz  yaslarına,  and

içirəm,  sənin  kimi  hələ qonça  gül  ikən  saralıb  solan  gül  çöhrələrinə,  and  içirəm

sənin kimi belə zindanlarda, cəhalət zənciri altında sızlayan məsumələrə, sizləri bu

əsarətdən xilas etmək yolunda cavan ömrümü qurban edim.

G ü l s ü m.  Qardaşım,  bir  tək  sən  nə eləyə biləcəksən?  Rüsvayi-cahan  olub

tələf olacaqsan.

M ə m  m ə d.  Tələf  olsam  da,  bir  cığır  açaram,  ta  ki  məndən  sonra  gələn

cavanlar da o yol ilə gedib axırı sizləri xilas edərlər. Ey cəhalət, ey yeddi başlı div!

Hazır ol, Məmməd gəlir.

Molla Fəttah və Mir Kazımağa daxil olurlar.

M i r


K a z ı m a ğ a.  Bacına yeddi başlı  divdən nağıl  deyincə, əhkam-

diniyyəni öyrətsən, daha əfzal olmazmı?

M ə m m ə d.  Ata,  elə mən də bacıma ondan  söyləyirəm,  lakin əfsus!

Axundlarımız  o əhkamı  ya  özləri  anlamırlar,  ya  da  anlayıb  da  qəsdən  camaata

başqa surətdə yetirirlər.

M i r K a z ı m a ğ a (Gülsümə). Sən bu danışığa nə qulaq asırsan? Otağına get!

Gülsüm çıxır.

M o l l a  F ə t t a h  (istehza ilə).  Bacıoğlu,  görürəm  sən  yaxşı  anlamısan!  De

görüm, dinimizdə sənin kimi başını açıb tərk ədəblik edəne, yaxud başqaları kimi

saçlarını uzadıb özlərini xaricilərə oxşadanlara nə nəzərlə baxılır?

M ə m m ə d.  Mən  o  barədə şəriətdə bir  şey  görməmişəm,  olsa  da  dinə yox,

bəlkə, adətə, səhhətə dəxli vardır.

M o l l a  F ə t t a h. Bacıoğlu,  görürəm,  şəriəti  axund  Molla  Calaldan  yaxşı

təhsil etmisən. Mir Kazım ağaya dedim ki, qoy Məmmədi özüm oxudum. Dedi, -

yox, bacın oğludur, səndən xof etməz. İndi buyur, gör Calalın babı fikri Məmmədə

nə xoş gəlir.

M i r K a z ı m a ğ a. Fəttah, səhv edirsən, Məmmədin əqidəsi elə deyil. O sən

qoca dayısını mübahisəyə çəkir, fəqət onu başqa bir





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin