Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə62/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   58   59   60   61   62   63   64   65   ...   196
Milli Kitabxana

147


M o l l a R ə h i m təğyiri-libas daxil olur.

M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gəldə, kərbəlayının xeyir işində də içməyib

haçan içəcəksən?

M o l l a R ə h i m. Adə, məni kərbəlayının yanında biabır etmə.

Ş i r ə l i. A kişi, kərbəlayı əhli-ruhdur, işlərdən baxəbərdir, buyur.

Molla Rəhim əyləşir.

M ə ş ə d i  S ə f d ə r q u l u. İndi mollanın payını meydana çıxar.

K ə r b ə l  a  y  ı    N ə b  i. Ədə,  bəs  nə fikir  edirsən?  Nə qədər  içirsən,  iç,  dalı

bağlıdır.

M ə ş ə d  i    S ə f  d ə r  q  u  l  u. Ha,  belə de, mən  də gülə-gülə içim.  Şirəli,

mollanın piyaləsini doldur.

Şirəli doldurur.

M ə ş ə d i  S ə f d ə r q u l u. Bu piyaləni də içək o gözəl xanımın sağlığına.

K ə r  b ə l  a  y  ı    N ə b  i. Şair  bu  sözləri  yəqin  mənim  məzəlicə gözəlimə

deyibdir:

Əzizim, gözlərim, canım, üzün göstərgilən ayə,

O düşsün torpağa, merac elə sən ərşi-əlayə.

M o l l a R ə h i m. Əhsən, əhsən.

İçirlər.

Ş i r ə l i. Kərbəlayı, şərab, nə şərab, adama ruh verir. Sağ ol.

K ə r b ə l a y ı  N ə b i. Nuşican.

Piyalələri doldururlar.

M ə ş ə d i  S ə f d ə r q u l u. Bu piyaləni də dostumuz əhli-ruh Molla Rəhimin

sağlığına içək, arzu edək ki, belə-belə hiləyi-şərdən çox düzəltsin və belə keflərdən

də bizi məhrum etməsin.

M o l l a R ə h i m. Əzizlərim, dünyanın ləzzəti iki şeydir: biri bu şərabdır, biri

də zənən. Əbəs yerə şair bunları tərif etmir, bu iki şeyi



Milli Kitabxana

148


dünyadan  götür,  gör  yerdə nə qalır.  Şərabın  nəhyi  biz  ürəfa  üçün  deyil,  avam

üçündür.


Ş  i  r ə l i. Kişi  haqq  söz  deyir.  Şərab,  qadın,  fəqət  şərab  Kərbəlayının  şərabı

kimi köhnə və qadın da onun zövcəsi kimi on yaşında olmalıdır.

M o l l a R ə h i m. Sağ ol!

İçirlər.


K ə r b ə l a y ı  N ə b i. (oxuyur.)

Zahid, çox eyləmə məni təklifi-cənnətə,

Mən qoymaram behiştə qədəm nazlı yarsız.

M o l l a R ə h i m.

Saqi kərəm eylə cam gəzdir,

Durma, qədəhi müdam gəzdir.

Dövrana çox etibar qılma.

Gəzdir qədəhi, qərar qılma.

Ş i r ə l i. Belə mənim başım üstə.

Piyalələri doldurur.

M ə ş ə d  i    S ə f  d ə r  q  u  l  u. Bu  piyaləni  içək  bizim  Şirəlinin  sağlığına  və

təvəqqə edək ki, bir az bizim üçün çalsın.

Ş i r ə l i. Ancaq bu şərt ilə ki, mən çalım, Molla Rəhim də oynasın.

M o l l a R ə h i m. Xeyr, xeyr, mən bacarmaram. O, kərbəlayının işidir, eşq

başına vermuş. Sən çalsan o davam etməyəcəkdir.

Pəricahanla Şövkət daxil olur.

P ə r i c a h a n. Gəl, gəl vallah mən də oynayacağam. İstəyirsən mən qabaqca

oynayım.


Ş ö v k ə t.  Vay  dədə,  vay,  burada  çaxır  içirlər.  Yox,  mən  istəmirəm,  mən

gedirəm.


K ə r b ə l a y ı  N ə b i. Gəl mənim gözəlim, mənim məzəlim. Bu çaxır deyil,

qırmızı şərbətdir. Görmürsən, Molla Rəhim də içir. Molla




Milli Kitabxana

149


da  heç  çaxır  içərmi?  (Ayaq  üstə qalxır,  pyan kimi  yırğalanır.)  Gəl  mənimlə

oynayaq, gözəlim.

Ş ö v k ə t. Sən piyansan, mən sənnən oynamaram.

K ə r  b ə l  a  y  ı    N ə b  i. Düzdür,  mən  piyanam,  ancaq  çaxırdan yox,  sənin

eşqindən,  mənim  gözlərim.  Adə Şirəli,  çal.  (Şirəli  çalır.)  Ay  qız  Pəricahan,  gəl

mənnən oynayaq, Şövkət baxsın.

Oynayırlar, çırtıq çalır, Kərbəlayı Nəbi Şövkəti qucaqlayıb çəkir, Şövkət qışqırır.

Ş ö v k ə t. Burax məni, burax məni, sən piyansan, səndən qorxuram. Bu halda

Maral xanım, Qızxanım, Əli və iki milis nəfəri daxil olur.

H a m ı. Vaxsey.

Ş ö v k ə t. Maral xanım, məni bunların əlindən al.

M a r a l.  Qorxma  qızım,  qorxma,  ay  alçaqlar,  ay  sitəmkarlar,  bu  məsumə

qızcığazın başına nə iş gətirirsiniz. Söylə, qoca məlun!

K ə r b ə l a y ı  N ə b i. Biz bir balaca kef edirdik.

M a r a l. Bəli, bir balaca, yetim qızı da aldadıb özünə gəlin gətirmisən, eləmi?

K ə r b ə l a y ı  N ə b i. Biz onu aldatmamışıq. Öz ixtiyarı ilə mənə gəlibdir.

Bunlar da şahiddir. Kəbini də bu Molla Rəhim kəsibdir.

Ş ö v k ə t. Maral bacı, vallah yalan deyirlər, bunlar məni aldatdılar ki, sənə dua

oxuyuruq ki, üzü açıq kərbəlayının yanına girib-çıxa biləsən.

M a r a l. Bilirəm, qızım, hamısını bilirəm, mənə bu Qızxanım söyləyibdir.

M ə ş ə d  i    S ə f  d ə r  q  u  l  u. A  gorbagorun  qızı,  gör  sənin  başına  nə iş

getirəcəyəm?

M a r a l. Sus, alçaq! Sənin cəzan bunların hamısından artıq olacaqdır. Gör, öz

zəhmətilə sən binamus əri saxlayanı nə hala salıbsan?

Q ı z x a n ı m. Başına dönüm, Maral bacı, məni bu əjdahanın əlindən al.

M a r a l. Qorxma, bacım, bu əjdahaları mən bir hala salacağam ki, sən özün də

əhsən deyəsən.

M o l l a R ə h i m. Başına  dönüm,  Maral  xanım,  bu  işdə mənim  təqsirim

yoxdur. Bu şahidlərin şəhadəti ilə, şəriət üzrə mən kəbin



Milli Kitabxana

150


kəsmişəm. Hərgah indi qız inkar edir, burada da mənim təqsirim yoxdur.

Ş  ö  v  k ə t.  Mən  haçan  sənə izin verdim  ki,  mənə kəbin  kəsəsən,  mən  siğə

oxumağa razı oldum.

M a r a l.  Ay  alçaqlar,  görmürsünüz  ki,  bu  məsumə qızcığaz  heç  siğə nə

olduğunu da anlamır. Onu aldadanın biri də bu Pəricahan olubdur.

P ə r i c a h a n. Cəmi taqsır bu qoca kaftardadır. Məni yoldan çıxardan o oldu.

Deyir, mən Şövkətə aşiq olmuşam. Onun eşqindən dəli olmuşam.

M  a  r  a l.  Onu  ağla  gətirərlər.  Ay  alçaq  binamuslar,  siz  unutmayınız  ki,  indi

Şura hökumətidir. İndi qadınlar azaddır. İxtiyarları öz əllərindədir. (Milislərə.) Alın

bunları.


P ə r i c a h a n. Məni də?

M a r a l. Səni də, haydı.

H a m ı. Vay, atamızın evi yıxıldı.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin