Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə145/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   141   142   143   144   145   146   147   148   ...   196
Milli Kitabxana

348


Gülpəri  qısaboylu,  doluəndamlı,  qarabuğdayı,  bədxasiyyət,  iyirmi  üç  yaşında

bir qız idi. Gülpərinin bədxasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu.

Kənddə heç  kəs ona  yaxınlaşıb elçi düşməyirdi. İmamverdi ilə Hacı Nəsirin  uzun

söhbətinin  nəticəsi  bu  oldu  ki,  qəza,  Hacı  Nəsiri  dolaşdırıb  İmamverdi  ilə qohum

etdi.

İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi və Nurəddini öpərək



dedi:

- Oğlum,  bu  sənin  təzə anandır.  İrəli  gəl,  gedib əlindən öp.  Evimizə xoş

gəlmisən de!

Bu xəbərin təsirindən Nurəddinin rəngi-ruhu qaçıb bədəni titrəməyə başladı. O

saat sevgili anasının surəti gözlərinin önündə durdu. Uca bir səslə:

- Ah, ata, nə tez anamı yaddan çıxartdın! - deyə Nurəddin ağladı və birinci dəfə

olaraq atasının sözündən çıxıb, onun əmrini yerinə yetirmədi.

Oğlunun  sözləri  Hacı  Nəsirin  ürəyinə ox  kimi  sancılıb  gözlərini yaşartdı.

Gülpəri bu əhvalatdan qəzəbnak olub:

- Təzə gəlini beləmi qəbul edərlər? Sən məni buraya yasamı gətirmisən? - deyə

qışqırdı.

- Gülpəri,  acığın tutmasın,  doğru  deyirsən,  gərək  sənin  pişvazına  çıxılaydı,

şadlıq  olunaydı.  Ancaq  onu  da  qohum-əqraba  edər,  halbuki  mənim  heç  kəsim

yoxdur.  Bu  gündən  bu  ev-eşiyin  xanımı  sənsən,  ancaq  səndən  təvəqqe  edirəm  ki,

bu oğluma həqiqi analıq edib ürəkdən sevəsən. Nurəddin ədəbli, tərbiyəli uşaqdır.

İndi anası yadına düşüb ağlayır. Sonra həmişə sənin itaətində olacaqdır. Gəl gedək

otaqlarını, şeylərini sənə göstərim. - Bunu deyib Hacı Nəsir Gülpərini o biri otağa

apardı.


Gülpəri  Hacı  Nəsirin  evinə qədəm  qoyduğu  saatdan  zavallı  Nurəddinin

müsibəti  başlandı.  Gülpəri  öz  pis  xasiyyətini  tezliklə büruzə verdi.  Səhərdən

axşama  kimi əllərini  bir  işə vurmayıb,  nökər  və qulluqçuların  üstünə qışqırıb-

söyməyi özünə peşə etmişdi. Ələlxüsus, yazıq Nurəddinin günü qara olmuşdu. Onu

tez-tez  söyərdi  və heç  zad  üstündə döyərdi.  Lakin  qeyrətli  uşaq əsla  səsini

çıxarmazdı. Hətta atasına şikayət etməyib özünü onun yanında şad saxlardı ki, atası

qəm etməsin.

Get-gedə Gülpərinin  zülmü  artırdı.  On  ildən  ziyadə Hacı  Nəsirə xidmət  edən

nökər bu tövr rəftara daha davam edə bilməyib qulluqdan



Milli Kitabxana

349


çıxdı.  Nurəddin olmasaydı,  Bahar  da  çoxdan  çıxıb  gedərdi.  Lakin vəfalı  qulluqçu

mərhum  xanımının  yaxşılığını  unutmayıb,  Gülpərinin  hər  zülmünə davam edirdi;

təki əli balaca Nurəddindən üzülməsin.

Hacı  Nəsir  bu  işləri  görüb  ikinci  dəfə evlənməyə çox  peşman  idi.  Gülpərinin

üzünü az görmək üçün səhər sübhdən bazara gedib, bir də axşam evə qayıdardı. Bir

tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin

binizamlığı Hacı Nəsiri azara salıb mum kimi eridirdi.

Nurəddin də Gülpərinin bu hərəkətindən vaxtının çoxunu məktəbdə keçirərdi.

- Tələsmə,  bu  gün-sabah  o  köpəkləmiş  atan ölüb gedər,  ixtiyarı düşər  mənim

əlimə, onda səni bircə saat da məktəbində qoymaram, - deyə Gülpəri qışqırardı.

Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. Bir gün Nurəddin evə gec

gəldikdə Gülpəri  hirslənib  onu  döyməyə başladı.  Bu  halda  qəflətən  Hacı  Nəsir

qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi:

- Ay  nəməkbəhəram,  mən  səni  kimi  bir  kasıb  qızını  dilənçilikdən qurtarıb

özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını

çəkəsən, yoxsa onun üçün cəllad olasan? And içirəm Həlimənin o pak olan ruhuna,

bundan  sonra  səni  bu  evdə bir gün  saxlamaram.  Get  şeylərini  hazırla.  Bu  saat

təlaqini verib səni boşayacağam. - Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi.

Bu  ittifaqdan  yarım  saat  keçməmişdi  ki,  Hacı  Nəsirin  dükanda  ürəyi  partlayıb

vəfat etməsi  xəbəri  gəldi.  Bir  azdan  sonra  meyidini  evə gətirdilər.  Batində bu

bəlaya  şad  olan  Gülpərinin  zahirdə başına  döyub,  üzünü  cırıb, özünü  meyidin

üstünə salması  Nurəddinə atasının  ölümündən  yaman  təsir  etdi.  Ona  görə əvvəl

istədi  ki,  Gülpərinin  bu  riyai-əməlini  açıb  adamlara  söyləsin.  Amma  atasının

həmişə ona verdiyi: - "Külfətin  sirrini  açıb  özgələrə söyləmək  qəbihdir" -nəsihəti

yadına  düşüb  bu  fikirdən  daşındı  və bir  bucağa  çəkilib  mat  və məbhut  dayandı.

Nurəddin  özünü  saxlayıb  qəsdən  ağlamırdı  ki,  Gülpəriyə oxşamasın.  Lakin

batindən  bixəbər  adamlar  onun  belə lal  durmasını  vəfasızlığa  və Gülpərinin  elə

yalandan  üzünü  cırmasını  vəfalılığa  həml  etdilər.  Atasının dəfni  və təziyəsi

Nurəddinə yuxu kimi gəlirdi.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin