Milli Kitabxana
2
Bu kitab "Süleyman Sani Axundov. Seçilmiş əsərləri.
İki cilddə " (
Bakı, Gənclik, 1968) nəşri əsasında təkrar nəşrə hazırlanmısdır
Tərtib edəni və
ön sözün müəllifi:
Nadir Vəlixanov
Redaktoru:
Şamil Vəliyev
894.3613 - dc 21 AZE
Süleyman Sani Axundov. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2005, 448
səh.
Maarifpərvər ədib Süleyman Sani Axundovun bədii əsərlərində, pedaqoji-elmi
fəaliyyətində və vətəndaşlıq əməlləri ilə zəngin olan ictimai həyatında işıqlı
fikirlərin təsdiqi, nurlu, xeyirxah əməllərin təbliği onun başlıca yaradıcılıq idealları
kimi meydana çıxmışdır. Müəllimlərlə maarifçilər, xeyirxah ziyalılarla nəcib
tələbələr, məsum uşaqlarla müdrik qocalar - Süleyman Saninin məktəbə, elmə və
təhsilə çağıran əsərlərinin əsas, nümunəvi qəhrəmanları olmuşdur. Həyatdakı
fənalıq və eybəcərliyə qarşı mübarizədə təmiz fikirlərin, saf və xeyirxah hisslərin
ziyasını təsirli mənəvi vasitə hesab edən yazıçının nəsr əsərlərinin çoxusunda,
eləcə də müəyyən qisim səhnə əsərlərində bir-biri ilə daima mübarizə edən və
rəmzi şəkildə mənalandırılan iki qüvvə mövcuddur: qaranlıq və işıq.
Bu kitabda ədibin zəngin ədəbi irsindən seçmələr - müəllifin maarifçi
ideallarının təsdiqi olan bədii nəsr əsərləri (hekayələr) və pyeslər toplanmışdır.