Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə9/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   5   6   7   8   9   10   11   12   ...   196
Milli Kitabxana

21

İ m r a n.  Sənin  məndə heç  bir  haqqın  yoxdur,  mənim  səndə var.  Hələ atam



Şeyx Əli sənə elədiyi yaxşılıq və qoyduğu dövlət dursun kənarda. Mən özüm gecə

və gündüz  çalışıb  sənə pul  qazanmışam.  Amma  bu  vaxta  kimi  heç  bir  şeyə

ixtiyarım yoxdur ki, əl vuram. Yığ, yığ görək kimə qalacaqdır... (Çıxır.)

H a c ı  M u r a d.  Ümid  ol,  sənə qalacaqdır.  Çox  tələsmisən.  Yox,  dəxi

dayanmaq  yeri  deyil.  Lazımdır  tezliklə Gülzarı  bir  dövlətli  yerə verib  İmranı

qovmaq.  Baxaq  görək,  şəhərimizdə arvadsız  dövlətli  kimdir.  Kərbalayı  Cəfər.

Yaxşı dövləti var. Amma irəliki arvaddan beş oğlu var, dörd də ayı kimi qızı. Heyf,

bunlardan mənə heç şey düşməz. Hacı İmanqulu. Malı-dövləti çox, özünün də sill

azarı  var.  Bu  gün-sabah  təşrif  aparacaqdır.  Amma  bu  bədbəxt  də molla,  seyidin

kələyinə düşüb  cəmi  dövlətini  məscidə vəqf  etmiş.  Bəs  kim  qaldı?  (Fikirləşir.)

Tapdım,  Məhərrəm  bəy.  Yaxşı  pulu,  mülkü  var.  Qapısında  nökər-qulluqçunun

sayı-hesabı  yoxdur.  Heç  bir övladı  da,  qohum-əqrəbası  da  yoxdur.  Sinni  də mənə

yovuqdur. Qulu! Qulu!

Qulu daxil olur.

Q u l u. Nə buyurursan, ağa?

H a c ı  M u r a d.  Qulu,  bir  az  naxoş  kimiyəm,  tezdən yatacağam,  heç  kəsi

buraya qoymazsan. Gələn olsa, deyərsən ki, ağam azarlıdır, yatıb. Di get.

Q u l u. Ağa, bəs plov yeməyəcəksən?

H a c ı M u r a d. Xeyr, ağan İmran yesin. (Qulu çıxır.) Durum mücrü üçün yer

qazım.  (Durub  qapıları  bağlayır,  tiyəni götürüb yeri  qazır.)  İndi,  oğrular,  tapın

görüm Muradın pulu haradadır? Heç şeytanın da ağlına gəlməz ki, mən burada pul

basdırmışam.  Qulu  demiş,  tiyə elə kütdür  ki,  yeri  də qazmır.  (Mücrünü  basdırıb



üstünü  torpaqla  örtur.)  Daha  təşvişdən  qurtardım.  Gör  ürəyim necə atdanır.  (Bu

halda  Qulunun  papağı  şüşəni  sındırıb  pəncərədən  içəri  düşür,  Hacı  Murad

diksinib  qalxdıqda  ayağını  tiyə kəsir.  Bərkdən  qışqırır.  Sonra  Qulunun  papağını

görür.) Bu yenə zalım oğlu  Qulunun işidir. (Durub qapını açır və çağırır.) Qulu!

Qulu!


Qulu başı açıq daxil olur.

H a c ı  M u r a d (papağı göstərir.) Bu nədir, a kafir oğlu?




Milli Kitabxana

22

Q u l u.  Ağa,  vallah,  təqsir  məndə deyil,  Nabatdadır.  Aydınlıq  gecdir,  həyəti



süpürməyə başladım.  Nabat  gəlib  birdən  başıma  bir  qapaz  salıb  qaçdı.  Mənim  də

elimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərəndən içəri düşdü.

H a c ı  M u r a d. Kafir uşaqları kafir.  Yeyin mənim yağlı-yağlı xörəklərimi,

sonra qızışıb şıllağa durun. Görün sizin başınıza nə gətirəcəyəm. Elə indicə yuxuya

getmişdim, şüşənin səsindən diksinib qalxdıqda tiyə ayağımı kəsdi.

Q u l u (kənara). A... indi basdırdığı yeri də bildim.

H a c ı  M u r a d.  Get,  zirzəmidə divarın  çatlağında  pambıq  gizlətmişəm  və

küncdə əsgi var. Tap buraya gətir.

Qulu gedir.

H a c ı M u r a d. Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur.

Gərək adamın arvadı ola ki, canı rahat ola yoxsa arvadsız kişinin günü it günüdür.

Yəni  bir  tərəfə də baxanda  arvada  da  etibar  yoxdur.  Evin  baş  oğruları onların

özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu tənbəl. Məni görüb

ayağı da axsamağa başladı.

Q u l u. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı.

H a c ı M u r a d. Çox yaxşı oldu. Əlbəttə, ağasına xəyanət edəni allah elə edər.

İndi gəl ayağımı sarı.

Q u l u (Hacı Muradın ayağını bağlarkən kənara). Xəsis kaftar. İt sümük yığan

kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qırığı ilə, əsgi ilə, əlinə hər

nə düşübdür, siçan kimi yuvasına yığıbdır.

H a c ı

M u r a d.  İndi  həkim  olsaydı,  bir  parça  pambıqdan  ötrü əpteyə

göndərib məndən xeyli pul çıxartmışdı. Adam belə olmasa pul yığa bilməz.

Q u l u.  Ağa,  vallah  mən  belə pul  yığsaydım,  indi  mənim  də sənin  kimi

dövlətim vardı.

H a c ı  M u r a d.  Sən  niyə zəhmət  çəkəsən?  Ağanın min əziyyətlə

qazandığından yeyib eşşək kimi şıllaq atırsan. Mən olmuşam bir leş, siz olmusunuz

bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardın? İndi

get  orda  dur.  (Çağırır.)  Nabat,  Nabat!  (Nabat  daxil  olur.)  Xanım,  indi  de

papaqaldıqaç oynuyursan?

N a b a t.  Ağa,  vallah,  Qulu  yalan  deyir,  nahaq  yerdən  gəlib  məni  sənə

çuğullayır.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin