Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə16/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   12   13   14   15   16   17   18   19   ...   196
Milli Kitabxana

35

cəmi  arvadlar  ona  həsrət  aparacaqlar.  Hə,  qızım,  görürəm  ürəyin  tələsiyir,



Məhərrəm  bəy  bu  saat  tədarükdədir.  Deyir  ki,  gərək  elə toy  eləyəm  ki,  misli  bu

şəhərimizdə olmamış ola.

G ü l z a r.  Ağa,  hərgah  bunları mənə deməkdən  qəsdin  odur  ki,  məni  onun

malına,  puluna  aldadasan,  onda  səhvin  var.  Mənim  dünya  malında  tamahım

yoxdur.

H a c ı  M u r a d.  Qızım,  sən  hələ cavansan,  dünya  görməmisən.  Xoşbəxtlik

ibarətdir maldan, dövlətdən.

G ü l z a r. Ağa, əgər mənim xoşbəxtliyimi istəyirsənsə, bu fikirdən daşın. Mən

heç vaxt Məhərrəm bəyə getməyəcəyəm.

H a c ı  M u r a d.  Qızım,  deyəsən  şadlığından  dəli  oldun.  Sən  xeyir-şərini

anlamırsan.  Uşağa  ata-anası  acı  dərman verəndə,  onu özünə zəhər,  ata-anasını  da

zalım hesab edər, vəhalonki, onlar balasını istədiyindən edirlər.

G ü l z a r. Yenə təkrar edirəm ki, zəhər içib özümü öldürərəm, Məhərrəm bəyə

getmərəm.

H a c ı M u r a d. Bu sənin axırıncı sözündür?

G ü l z a r. Bəli.

H a c ı  M u r a d.  Çox əcəb,  mən  sənin  xoşbəxtliyini  istəyirəm.  Məhərrəm

bəydə könlün yoxdur, bəs İmranla necə?

G ü l z a r  (sevinclə).  Ağa,  mən  səndən  utanırdım,  mənim  ondan  başqa  bir

kəsdə könlüm yoxdur. Amma İmran inanmayırdı ki, sən məni ona verərsən. Mənim

məhəbbətim ondadır.

H a c ı  M u r a d.  Paho,  siz  mənsiz  söz verib qurtarmışsınız,  mənim  xəbərim

yox  imiş!  (Rişxəndlə)  Xeyir  işiniz  mübarək  olsun,  Gülzar  xanım.  Siz,  mən  Hacı

Muradı yaxşı tanımamısınız. Daha bəsdir, mən elə bilirdim ki, sən öz xeyrini başa

düşə bilərsən. Qanmazı qandırarlar. Sözsüz-zadsız dur get. Özün də tədarükdə ol.

G ü l z a r (atasının dizlərini qucub ağlaya-ağlaya). Ata, yazığın  gəlsin,  məni

bədbəxt etmə. Bu tökülən göz yaşıma rəhmin gəlsin. İki cavanın ahından qorx.

H a c ı M u r a d. Yox, yox, mən dediyimdən dönmərəm. Arvadın göz yaşı, ya

bir şeh, gün çıxar, qurudar.

G ü l z a r.  Ata, allahdan qorx. Məhəbbət  yolunda tökülən göz  yaşını  heç zad

quruda bilməz.

H a c ı M u r a d. Çəkil. Məhəbbət nədir, zad nədir? Sənə hər nə hökm edirəm,

əmələ gətir.



Milli Kitabxana

36

G ü l z a r  (ayağa  qalxıb).  Məhəbbət  nədir?  Məhəbbət  oduna  yanmayana  onu



qandırmaq  mümkün  deyil.  Məhəbbəti  dünya  malına  almaq  olmaz.  Məhəbbətə

hökm yoxdur.

H a c ı  M u r a d.  Məhəbbət odur  ki,  adamı  dəli,  axmaq  edib,  allah  göndərən

neməti əlindən  buraxır.  Görürəm  sən  dəli  olmusan.  Amma  dəlini  də ağıllı  etmək

mümkündür.  Sənə üç  gün  möhlət verirəm.  And  olsun  allaha,  heç  bir  şeylə

dediyimdən dönmərəm. Di get, yaxşı fikir elə.

G ü l z a r.  İndi  ki,  belə oldu.  Mən  də and  içirəm  o  məhəbbətə ki,  daşı

yumşaldıb rəhmə gətirərdi, səni gətirmədi, ya İmran, ya ölüm.

H a c ı  M u r a d.İmran!  Bir  o  qalmışdı  ki, cəmi  şəhərdə biyabır  olub  öz

nökərimə qız verəm. Get, İmrandan bilmərrə əlini üz.

G ü l z a r. Yaxşı, dünyadan bilmərrə əlimi üzərəm. (Çıxır.)

H a c ı M u r a d (tək) Bilirdim  ki, belə olacaqdır. Yox, İmranı qovmasam, iş

düzəlməyəcəkdir.  İmran  gedəndən  sonra  ümidi  kəsilib  razı  olar.  Qızın  dediyinə

bax! Məhəbbət dünya malına aldanmaz. Məhəbbətə hökm yoxdur. Məhəbbət, bax,

budur  ki,  üstündə oturmuşam.  Bunsuz  nə məhəbbət?  Bu  məhəbbət-məhəbbət

deyənləri verələr  dama  salam,  ağzını  da  bağlayam.  Görəsən  necə acından,

suzundan bir-birinin ətini yeyib qanını içərlər.

N a b a t (təngnəfəs içəri yüyürüb). Ağa, muştuluğumu ver, Şərəf xanım gəldi.

H a c ı M u r a d. Səfeh qızı səfeh. Elə yüyürür ki, deyəsən  yanğın  var. Çox

böyük iş olubdur. Gələndə deyəsən mənə quş başı gətiribdir.

N a b a t. Ağa, doğrudan da dörd dənə qırqovul gətiribdir.

H a c ı M u r a d. Tək gəlibdir, ya uşaqlarını da gətiribdir.

N a b a t (kənara). Zalım oğlu qabaqca adamın hesabına gedir. (Hacı Murada)

Yanında bir oğlu Əhməddir, bir də nökəri Cəfər.

H a c ı M u r a d (kənara). Öz yeyib-içənimiz az idi,bunlarda artdı. (Nabata)

Sənin muştuluğun odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın.

Di get, dayanma.

N a b a t (gedərkən kənara). Mənə deyən gərək, ay axmaq qızı, bundan sən nə

istəyirsən? O öz hayındadır ki, onlar burada qalıb çörək yeyəcəklər.

H a c ı M u r a d (tək). İndi də işlər tərsinə gedir.

Şərəf xanım, Əhməd və Gülzar daxil olurlar. Şərəf xanım

Hacı Muradın boynunu qucaqlayır.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin