Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə86/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   82   83   84   85   86   87   88   89   ...   196
Milli Kitabxana

204


DÖRDÜNCÜ PƏRDƏ

Səhnə birinci  pərdənin  mənzərəsini  göstərir.  Həyətdə skamyanın  qarşısında  bir  masa,

üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.

Q ə m ə r  (məktubu əlinə götürüb).  Bu  Zöhrənin  xəttinə oxşayır.  Yox,  səhv

edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda məlum olar. Yox,

özgənin məktubunu  oxumaq  qəbih  şeydir.  Qoy  başını  açıb  oxuyum,  onda  məlum

olar,  dalını  oxumaram.  (Məktubu  paketdən  çıxarıb  oxuyur.)  "Ey  qəlbimin  sultanı,

sevgili  Çingizim!"  Paho,  qəlbimin  sultanı,  sevgili,  bu  məktubdan ətir  iyi  gəlir.

Gərək oxuyam. (Oxuyur.) "Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan

çıxmırsan.  Ah,  hicran  atəşi,  məni  yaxıb  yandırır.  Çingizim,  dəxi  səbir  edə

bilmirəm,  məhəbbətin  uğrunda  şam  tək əriyən,  eşqindən  məcnun  olan  Zöhrəyə

rəhmin  gəlisin".  Hə,  doğrudan  da  yazan  Zöhrə imiş.  Ey  bivəfa  Zöhrə,  bəs  sən

mənlə belə dost  imişsən?  Mənə bir  çox  məktub  yazmışsan,  heç  birində işarə edə

bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə

imiş.  Çingizə ah  çəkdirən  nə imiş.  (Məktubu  gizlədib  kağız  yazır.)  Zöhrə xanım,

məktubu belə yazarlar, özü də şeir ilə.

Y a s ə m ə n (içəridən). Qəmər, Qəmər!

Q ə m ə r. Gəlirəm.

Gedir, Çingiz otaqdan çıxır, masaya tərəf gəlir, Qəmərin yazdığı kağızı əlinə götürür.

Ç i n g i z. Bunu kim yazmış. Qəmərin xəttinə oxşayır. Görüm bacım nə yazıb.

Deyəsən şeirdir. (Oxuyur.)

Ey gərdişi ədalı Şəmsi,

Ey fəzanın nazlı sultanı.

Kainatı şad edən sənsən,

Cahana nur verən sənsən.

Ziyan ilə yaşar.

Qəmə mübtəla Qəmər.

Ha-ha-ha...

Qəmər daldan gəlib kağızı onun əlindən dartıb alır.



Milli Kitabxana

205


Q ə m ə r. Başqasının  məktubunu oxumaq qəbih  şeydir. Belədirmi, bəradərim

Çingiz?


Ç i n g i z. Elədir, bacım Qəmər.

Q ə m ə r. Bəs nə üçün oxuyursunuz?

Ç i n g i z. Çünki məktub deyil, şeirdir. Şair şeir yazır ki, insanlar onu oxuyub

ləzzət  aparsınlar,  hissləri  incələnib  zərif  olsun.  Bacım  Qəmər,  bu  şeirlərlə sən

ədəbiyyatımızda  yeni  bir  cığır  açırsan.  Daha  bundan  sonra  şeirdə nə qafiyə,  nə

məna lazım deyil.

Q ə m ə r. Necə? Mənim şeirimdə məna yoxdur?

Ç  i  n  g  i  z.  Mən  ki  tapa  bilmirəm.  Bəlkə,  özünüz  o  pünhan  mənanı  izhar

edəsiniz.

Q ə m ə r. Ey qəlbimin sultanı Çingiz, Qəmərin şeirinin mənasını anlamağa sən

hələ xamsan, püxtə olmağa çox səfər gərək...

Ç i n g i z. Qəmər!

Q ə m ə r. Bəli.

Ç i n g i z. Gözlərimə bax.

Q ə m ə r (onun  gözlərinə baxarkən).  Ah,  bəradərimin  gözləri  nə gözəldir.

Şahin baxışlı. İndi o gözlərdə bir iztirab, bir həyəcan görünür. Fəqət gülümsünəndə

başqa  lətafət,  basqa  məlahət...  Ey  bu  gözlərə aşiq  olan  parlaq  ulduz,  Qəmər  sənə

həsəd aparır.

Ç i n g i z. Ha-ha-ha...

Q ə m ə r. Bax  belə,  yoxsa  qaşqabağını  tökəndə üzün  Cəbi  lələnin

gülümsəməsinə bənzəyir.

Ç i n g i z. Qəmər, güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə.

Q ə m ə r. Oy,  məndən  nə çox  böyüksən,  heç  hesab  edə bilməyəcəyəm.  Sən

məndən min səkkiz yüz saniyə böyüksən.

Ç  i  n  g  i  z.  Ha-ha-ha...  Qəmər bu  gün  mən  sənlə bacarmayacağam.  Ona  görə

rica edirəm bəndənizi əfv edəsiniz, buradan təşrif aparasınız. Mənə dərs oxumağa

mane olmayasınız.

Q ə m ə r. Çingiz, daha zarafatı buraxdım.

Ç i n g i z. Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm.

Q ə m ə r. Məsələn...

Ç i n g i z. Məsələn, irəlilərdə sən məndən heç bir şeyi gizlətməzdin, ürəyində

nə olsa  açıb  mənə söyləyərdin.  Məndən  gizlin  bir  sirrin  olmazdı,  indi  isə onu

görmürəm.

Q ə m ə r. Mən də səndə təğyir görürəm.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin