-diskret girişlər-ikilik siqnalı daxil etmək üçündür.(İ);-diskret çıxışlar (Q);-konnektorlar (merker –M);-taymerlər (T);-sayğaclar (C);- keçidlər (:);-komparatorlar (A);-həftəlik(H) və illik(Y) saatlar.
Mötərizədə uyğun funksional elementlərin və onların kontaktlarının proqramlaşdırma zamanı istifadə olunan hərfi işarələri verilmişdir.
PMK-nın idarəetmə obyektinə qoşulma sxemi. Giriş və çıxış siqnalının tiplərindən asıılı olaraq PMK-lar vericilərə və icra mexanizmlərinə müxtəlif tipli sxemlər vasitəsilə qoşulur. Şəkil 2-də Easy-619 –AC-RC tipli PMK-nın qoşulma sxeminin nümunəsi verilmişdir.Göründüyü kimi giriş siqnalları kontakt elementləri və ya potensiometr vasitəsilə verilə bilər. İcra orqanları kimi 24V gərginliklə işləyən 8A-dən artıq cərəyan tələb etməyən istənilən elektrik qurğusu (lampa, zəng, rele, sirena, ventilyator, mühərrik və s.) ola bilər. Daha güclü icra orqanları aralıq rele, maqnitburaxıcılardan istifadə etməklə qoşulur.