5.PMK-da proqramın tərtib edilmə qaydaları
Eazy-soft sistemində olduğu kimi burada da ekranın hər sətrində yalnız 3 kontakt (1, 2, 3-cü mövqelərdə) və bir funksional element (yalnız 4-cü mövqedə) yerləşdirmək olar.Kontaktların və funksional elementlərin lazım olan mövqedə yerləşdirilməsi üçün kursor ,,, düymələri vasitəsilə lazım olan mövqeyə gətirilir və OK düyməsi sıxılır. Əgər kursor 1, 2, 3-cü mövqelərdən birində olarsa, onda həmin yerdə I1, kursor 4-cü mövqedə olduqda isə [Q1 cıxır. Bu zaman uyğun olaraq I və ya Q hərfi döyünür. Bu hərflərin döyünməsi o deməkdir ki, , vasitəsilə kontaktların və ya funksional elementlərin tipi dəyişdirilə bilər.
Kontaktların nömrəsini (I1) və ya funksional elementlərin nömrəsini ([Q1) dəyişmək ücün , düymələri ilə kursoru 1 rəqəmi üzərinə gətirərək onu döyündürmək, sonra isə , düymələri ilə lazım olan ədədi almaq lazımdır.
Funksional elementlərin zəruri girişlərini (növbəti mövzuda baxılacaq) almaq üçün , vasitəsilə kursor funksional elementin şərti işarəsinin 1-ci simvolu üzərinə gətirilərək o, döyündürülür və , vasitəsilə istənilən giriş əldə edilir.
Normal açıq (na) və ya normal bağlı (nb) kontaktı əldə etmək üçün ALT düyməsindən istifadə edilir. Bunun üçün kursor lazım olan kontaktın üzərinə gətirilir, əvvəlcə OK, sonra isə ALT düyməsi sıxılır. Bu zaman na kontakt nb kontakta və təsirinə çevrilir (I1 - na, I1 - isə nb kontaktdır).
Birləşdirici xəttləri çəkmək üçün ALT düyməsi sıxılır və bu zaman ekranda karandaş ( ) peyda olur. Onu ,,, düymələri vasitəsilə zəruri istiqamətdə hərəkət etdirməklə birləşdirici xəttlər əldə edilir.
Dostları ilə paylaş: |